Rusiya «Eurovision-2008»in qalibidir

«Eurovision-2008» mahnı müsabiqəsinin qalibi Rusiya təmsilçisi Dima Bilandır

Belqradda keçirilən «Eurovision-2008» mahnı müsabiqəsinin qalibi Rusiya təmsilçisi Dima Bilan olub. O, «Believe» rok balladasını ifa edib.


Rusiya prezidenti müsabiqədəki qələbədən sonra Dima Bilana zəng edərək onu təbrik edib.


Rusiyanın baş naziri Vladimir Putin də Dima Bilanı təbrik edib. Müğənniyə göndərilən təbrik teleqramında deyilir ki, «Bu tək Dima Bilanın şəxsi qələbəsi deyil, Rusiyanın növbəti triumfudur».


Putin müavini Aleksandr Jukova 2009-cu ildə Moskvada «Eurovision» müsabiqəsinin keçirilməsi üçün təşkilat komitəsinin yaradılması haqqında təkliflərini hazırlamağı tapşırıb.
Müsabiqədə ikinci yerdə Ukrayna, üçüncü yerdə isə Yunanıstan qərarlaşıb.


Azərbaycan təmsilçiləri Elnur Hüseynov və Samir Cavadzadə müsabiqədə 8-ci yeri tutub.


Onlar sözləri Zəhra Bədəlbəyli, musiqisi Gövhər Həsənzadəyə məxsus olan «Day after day» mahnısını oxuyublar.


Macarıstan və Türkiyə onların ifasını ən yüksək – 12 balla qiymətləndirib. Rusiya, Ukrayna və Çexiya tamaşaçıları isə azərbaycanlı duetin iştirakını 10 balla dəyərləndirib. 2008-ci ildə «Eurovision» tarixində ilk dəfə olaraq 43 ölkə iştirak edib. Gələn il müsabiqə Moskvada keçiriləcək.