«Arzu edirəm ki, Bakıda Elçibəyin abidəsi ucaldılsın»

Əbülfəz Elçibəyin qəbirüstü abidəsi

«Arzulayıram ki, bir ildən sonra Bakının ən böyük meydanında Elçibəyin abidəsi qoyulsun. Onun anım günlərini də həmin abidənin önündə qeyd edək». Fəxri Xiyabanda keçirilən Əbülfəz Elçibəyin anım mərasimində ABŞ-ın Şərqi Avropada Demokratiya İnstitutunun prezidenti İrena Lasota belə deyib.


Tədbir Klassik Azərbaycan Xalq Cəbhəsi Partiyasının təşəbbüsü ilə baş tutub. Partiyanın sədri Mirmahmud Mirəlioğlu deyib ki, 2001-ci ildən başlayaraq hər il iyunun 24-ü Azərbaycanda Türklük Günü kimi qeyd olunur.


Anım mərasimində Elçibəyin digər silahdaşları da çıxış ediblər. Şagirdlər Elçibəyə həsr olunmuş şeirlər səsləndiriblər.


Azərbaycanın xalq azadlıq hərəkatının liderlərindən biri, Xalq Cəbhəsi Partiyasının sədri, ölkənin ikinci prezidenti Əbülfəz Elçibəy 24 iyun 1938-ci ildə anadan olub.