Zərərçəkmişlər işin istintaqının Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin icraatına verilməsini tələb ediblər.
Bunu «Azadlıq» radiosuna zərərçəkmişlərin hüquqlarını müdafiə edən Vidadi İsgəndərov deyib.
O, bildirib ki, aldadılan şəxslər Baş Polis İdarəsinin istintaq idarəsində aparılan araşdırmalardan da narazıdırlar.
«GEN» MMC-nin rəhbəri Elbrus Əliyev bu il iyunun 11-də həbs edilib. Onun ifadəsi əsasında şirkətin baş mühasibi Əliyar Abbasov, müavini Nəbi Məmmədov və şirkətin xəzinədarı Həbib Ağayev həbs ediliblər. Onlara qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaq) maddəsi ilə ittiham irəli sürülüb və barələrində məhkəmə qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Onlar bina tikmək vədi ilə bir qrup paytaxt sakinindən 8 milyon 900 min ABŞ dolları həcmində pul alıblar.