Bir pərdəli pyes
İŞTİRAK EDƏNLƏR
U s t a İ m a n - 50 yaşında bir papaqçı.
S ə l i m ə - onun arvadı, firqəçi.
A l l a h q u l u - onun oğlu, komsomol.
S ə k i n ə - onun qızı, pionerka,
N a z l ı - onun bacısı qızı.
M ə h ə m m ə d R ə h i m - Nazlının əri, Usta İmanın dükan şəriki.
A x u n d R ə h m ə t u l l a h - molla.
H a c ı İ s m a y ı l - tacir.
Səhnə Usta İmanın qonaq otağını göstərir. Otaq səliqə ilə bəzənmiş. Sağ tərəfdə
Allahqulu Lenin guşəsi düzəltmiş, divardan Lenin və başqa rəhbərlərin şəkilləri asılmış. Masa üstə kitablar, qlobus, insan qafası və qeyri tədris ləvazimatı. Sol tərəfdə Səkinə öz masasını pioner tərzilə bəzəmiş. Nazlı otağı səliqəyə salarkən Usta İman daxil olur.
U s t a İ m a n. Ay qız Nazlı, Səlimə evdədirmi?
N a z l ı. Xeyr, dayı can, evdə heç kəs yoxdur.
U s t a İ m a n. Qırılmışlar hara getmişlər?
N a z l ı. Səlimə Jenotdela iclasa getmiş.
U s t a İ m a n. Nəmən? Cinatdel?
N a z l ı. Belə, o urus kilsəsinin qabağında bir böyük ev var ha, ora jenotdel
deyirlər. Orada arvadları oxudurlar. Onlara tamaşa göstərirlər. Klubları da var.
U s t a İ m a n. Demək, Səlimə Cinatdel olmuş?
N a z l ı. Bəli.
U s t a İ m a n. Mənim bu mürtəd oğlum Allahqulu özü komsomol olduğu bəs
deyil idi, arvadı da yoldan çıxarıb cinatdel elədi.
N a z l ı. Bəli, dayı can, yoxsa Səlimə elə yerləri haradan tanırdı?
U s t a İ m a n. İndi ehtiyatlı olmalı. Yoxsa kafir qızı məni tutdurar.
N a z l ı. Doğru deyirsən, dayı. O günü mənə deyirdi ki, bir də hünəri var mənə
bir çırtma vursun o saat həbsə saldırram.
U s t a İ m a n. Gözəl şəriəti bu dinsiz bolşeviklər gör nə günə saldılar? Ərin
arvada ixtiyarı yoxdur, uşağa ixtiyarı yoxdur, bəs bu külbaşın nəyə ixtiyarı var?
N a z l ı. Dayı, mən istəyirdim sənə deyəm, amma qorxdum. İndi ki iş açıldı
qoy o birisini də deyim.
U s t a İ m a n. Daha nə var?
N a z l ı. Allahqulu Səkinəni o küçələrdə "curavəy-curavəy" oxuyan uşaqların
dəstəsinə yazdırıbdır.
U s t a İ m a n. Nə? O baldırları açıq, əllərində dəyənək küçələri dolaşan, qarğa
kimi qağıldaşanların dəstəsinə?
N a z l ı. Bəli, bəli onlara piyanerkə deyirlər.
U s t a İ m a n. Vay sənin zatına lənət, a belə oğul. A kişilər, az qalmışam mən
də dindən çıxam. Əgər allah var niyə bu şəhəri alt-üst etmir? Əstəğfürulla. Lənət
şeytana. (Hirsli gəzinir.)
N a z l ı. Ay dayı, sən allah, sakit ol. Hər şeyi ürəyinə salma.
U s t a İ m a n. Axı mən necə sakit olum? Görmürsənmi bu dinsiz oğlu mənim
başıma nə həngamə getirib? Arvad - cinatdel, oğul komsomol, qız pənirkə. Niyə
partlayıb gəbərmirsən, Usta İman?
Allahqulu qoltuğunda kitab daxil olur, masa dalında oturub kitabın vərəqlərini kəsir.
U s t a İ m a n. A bidin oğlu bidin...
A l l a h q u l u. Kaş dediyin sözlər doğru olaydı.
U s t a İ m a n. Bəs doğru deyil?
A l l a h q u l u. Xeyr, doğru olsaydı mən elə ata ilə fəxr edərdim.
U s t a İ m a n. Adə, sərsəm olmusan nədi? Hansı ata ilə fəxr edərdin?
A l l a h q u l u. Sən deyən bidin ata ilə.
U s t a İ m a n. Səsini kəs, mürtəd oğlu mürtəd.
A l l a h q u l u. Elə atanı da şadlıq ilə qəbul edərdim.
U s t a İ m a n. Hansı atanı?
A l l a h q u l u. Mürtəd atanı.
U s t a İ m a n. A biiman oğlu biiman, sən mənim ürəyimi partladacaqsan.
A l l a h q u l u. Doğrudur, mən sən İmanın oğluyam, ancaq əfsus ki, "bi"siz.
U s t a İ m a n. A qız, Nazlı, tez ol su ver içim. Yoxsa, doğrudanda, bu bidin,
biməzhəb mənim bağrımı çatladacaqdır.
N a z l ı. Ay dayı, sən allah hirslənmə. Yoxsa, o səfərki kimi ürəgin bitab olar.
A l l a h q u l u. Ata, son sözlerin doğrudur. Menim nə dinim var, nə də
məzhebim.
U s t a İ m a n.A qız, di eşit, mən necə hirslənmeyim, arvad -cinatdel, oğul -
komsomol, qız - penirkə.
N a z l ı. Ala iç, özün də təbiətdən çıxma.
Usta İman suyu alıb içir.
A l l a h q u l u. Bibi qızı doğru deyir. Niyə özündən çıxıb hər söz başı föhş
edirsən. Kişi kimi sözünü de, cavab al.
U s t a İ m a n. Mən kişi olsaydım arvadım cinatdel, oğlum komsomol, qızım da
pənirkə olmazdı.
N a z l ı. Ay dayı, daha bəsdir. Niyə kişi deyilsən. Hamı ərlərin arvadları
Jenatdel klubuna gedirlər. Orada oyun çıxardanlara tamaşa edirlər. Burada nə pis iş
var?
U s t a İ m a n. Yoxsa sən kafir qızı da oraya gedirsən?
N a z l ı. Xeyr, mən oraya getmirəm.
U s t a İ m a n. Bəs bu işləri haradan bilirsən?
N a z l ı. Ora gedən arvadlar söyləyirlər.
U s t a İ m a n (Allahquluya). Bir de görüm arvad-cinatdel, oğul-komsomol,
qız - penirkə, bəs mən başı daşlının adı nə?
A l l a h q u l u. Sən də qeyrətli, məşədi, kərbəlayı, müsəlmanların qırxıq
başlarına namus papağı tikən Usta İmansan.
U s t a İ m a n. Belə atan oldu rəhmətlik, doğru söz dedin. Bəs mənim bu
batmış başıma bu biqeyrət, binamus papağımı kim tikmiş? (Papağı yerə zollayıb
ayaqları ilə tapdalayır.)
N a z l ı. Ay dayı, sənə qurban olum, sakit ol. Bircə otur. (Altına sandalya cəkib
oturdur, papağım duzəldib başına qoyur, sonra su verir.) Bu suyu iç, hirsin yatsın.
U s t a İ m a n. Yox, daha səbir kasam dolub daşıbdır. Gərək ürəyimdə nə varsa
deyəm.
A l l a h q u l u. Onda başla gəlsin.
U s t a İ m a n. Sən anadan olandan üç ay sonra, ay kaş heç olmayaydın, mən
böyük bayram edib molla ilə, quran ilə sənə bu batmış Allahqulu adım qoydum.
İndi onu niyə dəyişmisən? Siz dinsiz bolşeviklər, adın da düşmənisiniz?
A l l a h q u l u. Hansı ad ki, bizim əqidəmizə düz gəlmir onu dəyişdiririk. Mən
heç kəsə qul olmaq istəmirəm. Onda da adı var, özü yox allaha!
U s t a İ m a n. Vay, allah sənə lənət eyləsin.
A l l a h q u l u. Varsa eləsin.
U s t a İ m a n. Qız, eşidirsən, a allahı inkar edən şeytani-məlun! Bəs allah kimi
böyük bir adın əvəzinə nə qoymusan. Mənə xəbər veriblər ki, özünə zilimi, milimi
bir belə ad qoymusan.
A l l a h q u l u. Doğrudur, adımı dəyişmişəm, Böyük Oktyabr bayramı
münasibəti ilə yeni adlar qoyurdular...
U s t a İ m a n. Daha nə deyim? Küfr bu torpağı basmış. Buradan qaçmaq
lazımdır. Gec-tez allahtaala və təbarək Lut şəhəri kimi bu şəhəri də alt-üst
edəcəkdir.
A l l a h q u l u. Yoxsa onun üçün Məşhəd ziyarəti bəhanəsi ilə buradan
qaçırsan?
U s t a İ m a n. Xeyr, o deyil, fikrim odur ki, gedib imamhəzrətlərinin qəbrişərəfinə
yıxılıb yalvaram ki, siz bidinləri həq yola gətirsin.
A l l a h q u l u. Xeyr, biz ilə işin olmasın. Ağana yalvar ki, məşədi,
kərbəlayıları insafa gətirsin. Arvadlarını heç zad üstə gündə dörd dəfə döyüb
başlarını yarmasınlar. Qol-qabırğalarını sındırmasınlar. Onların üstə üç arvad
almasınlar. On yaşında qızlarını qoca kaftarlara ərə verməsinlır. Uşaqları məktəbə
girmək istıyındə mane olmasınlar.
N a z l ı. Ay dayı, Allahqulu bunları lap doğru deyir.
U s t a İ m a n. Kəs səsini, bihəya... Görürəm səni də bu məlunlar yoldan
çıxartmışlar.
N a z l ı. Dayı can, dünən gecə Məşhədi Səfdərqulu arvadı Şahsənəmi o qədər
döymüş ki, yazıq arvadın bədəni qara tuluğa dönmüş.
U s t a İ m a n. Çox əcəb də etmiş. Görünür ərinin itaətindən çıxmış. O da
döymüş. Arvadın əqli kəm olar. Özü də hücət. Onları başına buraxmaq olmaz.
A l l a h q u l u (istehza ilə). Düz buyurursan, atacığım. Klara Setkinin əqli
Məşədi Səfdərquludan kəmdir?
U s t a İ m a n. Ay qız, sən bu səfih sözlərə nə qulaq asırsan. Get xörəyini bişir.
(Nazlı qacır.) Mən Klaranı tanımıram. O arvad əqilli olsaydı, allah-təala onu kişi
yaradardı.
Səlimə daxil olur.
U s t a İ m a n. Arvad haradan gəlirsən?
S ə l i m ə. Sənə nə borcdur hardan gəlirəm.
U s t a İ m a n. Bəs mən sənin ərin deyiləm?
S ə l i m ə. Əfsus ki, ərimsən.
U s t a İ m a n. Nə ücün əfsus?
S ə l i m ə. Çünki gorbagor olmuş atam məni gözü yaşlı zor ilə sənə vermiş.
İyirmi il bu viranədə sənin zülmün altında cəhənnəm odu çəkmişəm. Elə indicə
işıqlı dünyaya çıxmışam.
U s t a İ m a n. Çünki dinsiz, axirətsiz cinatdel olmusan, beləmi?
S ə l i m ə. Bəli, kluba çilen olmuşam. Bu da mənim üzvülük kitabçam. Buyur
bax. (Gostərir.)
U s t a İ m a n. Cəhənnəmə başbilit çıxarmısan.
S ə l i m ə. Xeyr, sənin zülmünün müqabilində bu kitabça mənim qalxanımdır.
İndi hünərindi mənə əl qaldır. Atana od vurub yandıraram.
U s t a İ m a n. Odu mənə bu kafir oğlu vurmuş. Səninki lazım gəlməz. Arvad -
cinatdel, oğul - komsomol, qız - pənirkə. Bu cəhənnəm deyil, bəs nədir?
S ə l i m ə. Sən bizə sənələrcən cəhənnəm odu çəkdirmisən. Biz ki sənə bir şey
etməmişik.
U s t a İ m a n. Tələsmə, vaxt gələr yenə ixtiyarı əlimə alaram, onda sizə
göstərərəm.
A l l a h q u l u. Bilirik, çox sənin kimi məşədi, kərbəlayılar əllərini göyə
qaldırıb dua edirlər ki, Şura hökuməti yıxılsın. Fəqət Antanta kimi nərlər yıxa
bilməyən bir hökuməti, sizin kimi məşədilər yıxa bilməz. Proletariatın parlaq
günəşini sizlər kimi yarasalar söndürə bilməzlər.
S ə l i m ə. A kişi ey, bax, dilini farağat qoy. Yoxsa jenotdelə xəbər verərəm.
Səni tutub Çekaya salarlar.
U s t a İ m a n. Ay arvad, sən də qalmağal axtarırsan. Külfət söhbətidir edirik.
Bunun cinatdelə nə dəxli var.
S ə l i m ə. Çox dəxli var. Sənin kimilər ya gərək Şura hökumətinə tabe olalar,
ya da itilib hansı ölkəyə istəyirlər gedələr.
U s t a İ m a n. Yaxşı ay arvad, onuda edərik, daha acığın tutmasın.
S ə l i m ə. Necə acığını tutmasın, o günü qızın kitab pulu istəyir, deyirsən itil
cəhənnəmə. Bəs belə atalıq olar?
U s t a İ m a n. Axı mən başı küllü nə edim? Kitab bir olar, iki olar, yoxsa on
yaşında qıza altı-yeddi kitab lazımdır. Bu da sizin şura məktəbiniz. Yazıq qızın başını doldururlar ki, yer belə fırlanır, ay, gün belə fırlanır.
Bəh, bəh bu da elm oldu. Onları yaradan istər belə fırladar, istər tərsinə fırladar. Ya
da heç fırlatmaz. Bunun balaca qızlara nə dəxli var. Canım nə üçün allahın işinə
qarışırsınız? Allahın səbri çox isə də qəzəbi də az deyil. Axırda təngə gəlib ikinci
dəfə tufan edər. Bu küfrə1 mürtəkib olmuş ölkəni suya qərq edər. Deyər indi yer
hansı tərəfə fırlanır?
A l l a h q u l u (qəhqəhə ilə gulur.) Ha-ha-ha... atacığım, belə mövhumat ilə
sizləri aldatmışlar; elə nağıllara biz ancaq gülürük.
U s t a İ m a n. Nuhun oğlanlarından biri də sənin kimi tufana inanmırdı,
gülürdü, dalğalar içində boğulanda inandı ki, allah da varmış, onun qəzəbi də.
M ə h ə m m ə d R ə h i m (daxil olur.) Usta əmi, Xorasan yoldaşların dükana
xəbər göndərmişlər ki, saat beşdə İrana böyük paraxod gedir. Pəncşənbə gününə
qalmaq istəmirlər. Saat da xoşdur. Getmək istəsəniz hazırlaşın.
U s t a İ m a n. Əlbəttə istəyirəm, sən get dükanı bağla, tapşırdığım şeyləri al
gətir ki, İranda satıb yol xərcimi çıxardım. Daha durma, vaxt azdır.
M ə h ə m m ə d R ə h i m. O tapşırdığın şeylərdən suvayı başqa mal alımmı?
U s t a İ m a n. Xeyr, xeyr.
M ə h ə m m ə d R ə h i m. Ancaq sən də hazır ol. Vaxt azdır. (Cıxır.)
U s t a İ m a n. Arvad, dur sən də tuman-köynək, yorğan-döşək hazır et.
S ə l i m ə (istehza ilə). Usta İman, ziyarətin qəbul olsun. Bəs bu evi kimin
umuduna qoyub gedirsən?
U s t a İ m a n. Cinatdel arvadımın, komsomol oğlumun, pənirkə qızımın
umuduna.
A l l a h q u l u. Anam doğru deyir. Sən ailənə zülm edirsən. Özün bilirsən ki,
mənim sənə ehtiyacım yoxdur. Həm qulluq edirəm, həm də oxuyuram. Öz
zəhmətim ilə özümü dolandırıram. Evə də kömək edirəm. Lakin bu nə
ziyarətbazlıqdır. Nə üçün zəhmət ilə qazandığın pulları aparıb Xorasan lotularına
yedirirsən?
S ə l i m ə. Oğlum, sən elə bilirsən bunun məqsədi ziyarətdir? Xeyir, bu
Məşhədə kefə gedir.
U s t a İ m a n. Arvad günah etdin, əstəxfar et. Mən ağamın qulluğuna gedirəm.
S ə l i m ə. Xeyr, sən ağanın yava kənizlərini siğə etməyə gedirsən.
U s t a İ m a n. Arvad nə sarsaq-sarsaq danışırsan? Əgər mənə etibar etmirsən
bismillah buyur səni də aparım.
S ə l i m ə. Al ey, kül başına. Sən elə fikir edirsən ki, mən qısqanclıq edirəm?
Bəli, sənin gül camalına, sərvi-qamətinə aşiqəm.
U s t a İ m a n. Aşiq olsaydın gedib cinatdel olmazdın.
S ə l i m ə. Əlbəttə, siz məşədi-kərbəlayılar jenotdeli sevməzsiniz; çünki
arvadlarınıza etdiyiniz zülmün qarşısını o alır.
A l l a h q u l u (ayağa qalxaraq). Ata, mən yaçeykaya gedirəm.
Səlimə o biri otağa gedir.
U s t a İ m a n. Bəs məni ötürməyə getməyəcəksən?
A l l a h q u l u. İclasımız tez qurtarsa gələrəm.
U s t a İ m a n. Sənin o sabrannm mənim ziyarət səfərimdən əfzəldir ki, qalmaq
istəmirsən?
A l l a h q u l u. Əlbəttə, min qat əfzəldir. Biz yeni dünya, yeni həyat qururuq.
Sən və sənin yoldaşların da əski dünyadan bərk-bərk yapışıb bizə mane olursunuz.
U s t a İ m a n. Siz yeni dünya tikmirsiniz, insanları əski bütpərəstliyə, daha
doğrusu, dinsizliyə dəvət edirsiniz.
A l l a h q u l u. Sənnən mübahisə etməyə vaxtım yoxdur, get imama yalvar ki,
tezliklə bizi yıxsın. Yoxsa siz sadiq bəndələri də yoldan çıxardacayıq. (Cıxır.)
U s t a İ m a n (yalqız). Arvad - cinatdel, oğul - komsomol, qız -pənirkə, heç
bilmirəm imam həzrətləri mən günahkar atanın taqsırından keçəcəkdirmi?
M ə h ə m m ə d R ə h i m (əlində bir dolu xurcun daxil olur.) Usta əmi,
tapşırıqlarının hamısını əmələ gətirdim. Lakin malları sən deyən qiymətə ala
bilmədim. Dükançılar malın qiymətini artırmışlar.
U s t a İ m a n. Vay, allahsizin insafınızı kəssin. Bidin uşaqları bidin. Elə
kommunxoz yaxşı eləyir ki, bu alverçiləri sıxır. Beş köpüyə aldıqları malı bir
manata satırlar.
M ə h ə m m ə d R ə h i m. Puldan da bir az kəm oldu. Məşədi İbrahim yüz
manat əvəzinə altmış manat verdi, dedi: əldə pulum ancaq budur. Usta İman
ziyarətdən qayıdınca yerdə qalanı da hazırlayıb evə verərəm.
U s t a İ m a n. Eybi yoxdur. O düz adamdır. Ancaq alanda özündə saxla, evə
vermə. Cümlətanı neçədir?
M ə h ə m m ə d R ə h i m. Altı yüz əlli manatdır. (Cibindən cıxarıb sayır.)
Nazlı daxil olur.
N a z l ı (Məhəmməd Rəhimə). A kişi, dayıma pul ver, Xorasandan mənə ipək
yaylıq alsın.
M ə h ə m m ə d R ə h i m. Pulum yoxdur. Bunlar dayının puludur. İrandan mal
alacaqdır.
N a z l ı. Bəs mənim başım yaylıqsız qalsın?
M ə h ə m m ə d R ə h i m. Hələlik köhnəsilə dolan. Sonra alaram. (Pulları
Usta İmana verir.) Buyurunuz, düz altı yüz əlli manatdır.
U s t a İ m a n (pulları sayarkən). Bacı qızı, sənə yaylıq da alacağam, başqa
sovqat da. Ancaq bu evdən, eşikdən muğayat ol. Yoxsa o dinsizlər mən gəlincə evi
soyacaqlar. Bir də mənim arvadıma qoşulub cinatdel olma.
N a z l ı. Dayı can, doğrudur, məni də yoldan çıxarmaq istəyirlər, lakin arxayın
ol, mən elə iş etmərəm ki, sizə binamusluq gəlsin.
M ə h ə m m ə d R ə h i m. Elə bir balaca o yan-bu yan elədin, o saat kəbinini
verib evdən qovacağam.
U s t a İ m a n. Nazlı mənim namuslu bacımın qızıdır. O pis iş etməz.
Çöl qapı döyülür.
M ə h ə m m ə d R ə h i m. Nazlı o biri otağa keç. Yəqin axund Rəhmətullah
ilə Hacı İsmayıldır.
Nazlı yan qapıdan, Məhəmməd Rəhim orta qapıdan çıxırlar, sonra Axund Rəhmətullah,
Hacı İsmayıl, dallarınca Məhəmməd Rəhim daxil olurlar.
R ə h m ə t u l l a h. Səlamünəleyküm.
U s t a İ m a n. Vəəleyküməssəlam. Çox xoş gəlmisiniz, buyurunuz,
buyurunuz.
Otururlar.
H a c ı İ s m a y ı l. Nə yaxşı oldu ki, Məhəmməd Rəhim ilə görüşdük. Yoxsa
sizin görüşünüzdən məhrum olacaqdıq.
U s t a İ m a n. Züvvar bu axşam çıxır. Mən də yoldaşlardan ayrılmaq
istəmirəm.
R ə h m ə t u l l a h. Çox gözəl, bu gün saat xoşdur və bir də buyurmuşlar ki,
züvvar nə qədər məkanından tez çıxsa, bir o qədər səvabı artıq olar; çünki zair
niyyət bağladığı saatdan ağası onu gözləyir. Başqa kitabi-müqəddəsdə yazmışlar
ki, xudavəndi-aləm elə əcələ edən zairin hər bir dəqiqəsinə behiştdə bir huri, hər
bir saatına bir qılman bəxş edəcəkdir.
H a c ı İ s m a y ı l. Cənabi-axund ələlxüsus ki, belə küfr zamanında.
R ə h m ə t u l l a h. Bəli, bəli.
H a c ı İ s m a y ı l. Usta İman, bu divarlardakı şəkillər kimdir?
U s t a İ m a n. Dinsiz bolşeviklərin rəbbərləridir.
R ə h m ə t u l l a h. Onları nə üçün evdən asmısan? Məyər bilmirsənmi ki, bu
otaqda namaz qılmaq caiz olmaz.
U s t a İ m a n. Necə bilmirəm, yaxşı bilirəm. Lakin nə edim, arvad cinatdel,
oğul komsomol, qız pənirkə. Mən başıma nə kül töküm? Qurban olduğum allahın
da səbri çox.
R ə h m ə t u l l a h. Bəli, səbri çoxdur, lakin bəlası da az deyil. Necə oldu
qəvmi-Ad? Necə oldu Lut əhli? Hamısını bir türfətil-eyndə fot etdi.
H a c ı İ s m a y ı l. Axund, bu bolşeviklər belə məşhur tarixləri məgər
oxumurlar?
R ə h m ə t u l l a h. Ay hacı, mən tarix sözü demirəm ki, ona şübhə edələr?
Mən quranın lap ortasından söyləyirəm.
U s t a İ m a n. Ay axund, sən nə danışırsan? Onlar allahı, peyğəmbəri, imamı,
quranı, kitabı, hamısını inkar edirlər. Sən onlara nə qandıracaqsan?
H a c ı İ s m a y ı l. Onlarla mübahisə etmək də günahdır.
R ə h m ə t u l l a h. Doğru buyurursan. O kafirlərin sözlərini də ağza almamalı.
U s t a İ m a n. Onsuz da olmur. Mən bu evdə o kafir oğlum ilə gündə on dəfə
savaşıram.
S ə k i n ə (pioner libasında daxil olur.) Ata, gəldim pioner paltarımı sənə
göstərim. Necədir, yaraşırmı?
U s t a İ m a n. Çəkil, itin belindən gəlmiş. Yoxsa durub əlindəki deyənək ilə o
açıq baldırına o qədər döyərəm ki, çolaq olub bir də küçələrdə curavəy-curavəy
oxumazsan.
S ə k i n ə. Ata, pioneri döymək, söymək olmaz. Bir azadə şanlı proletariat
qoşunuyuq.
R ə h m ə t u l l a h. Siz əcinnə qoşunusunuz. Allah kökünüzü yer üzündən
götürsün.
S ə k i n ə. Molla, sən yerində farağat otur, çox mənim kimi balaca qızların
kəbinlərin qoca kişilərə kəsmisən.
U s t a İ m a n. Sus, mürtəd qızı mürtəd.
S ə l i m ə (daxil olur.) A kişi, nə qışqırırsan, nə olmuş?
U s t a İ m a n. Daha nə olacaqdır. Kim bu ərə getməli qızı belə döşü açıq,
baldırları açıq, əli dəyənəkli etmiş? Kim? Kim?
S ə 1 i m ə. Belə mən, mən.
U s t a İ m a n. Sən qələt etmisən. Atan Cəfərqulu ilə, baban Kosa Mehdi ilə. İt
qızı it. Bu saat səni boğub öldürəcəyəm. Bu evə də od vurub yandıracağam. Daha
mən təngə gəldim. (Onun ustə hucum edir.)
S ə k i n ə (ağac ilə qarşısını alaraq uca səslə). Yasaq.
U s t a İ m a n. Çəkil, itin qızı it.
M ə h ə m m ə d R i h i m. Usta əmi sakit olunuz uşaqdır. Qəbahətini anlamır.
R ə h m ə t u l l a h ilə Hacı İsmayıl (qalxıb gedərkən).Usta İman, xudahafiz.
İltimasi-dua.
U s t a İ m a n. Bağışlayınız, halımı görürsünüz...
Çıxırlar.
S ə l i m ə. A kişi məni boğub öldürəcəksən? Məhəmməd Rəhim. Səlimə bacı,
rahat olunuz.
Paroxod iki defə fit verir. Nazlı bir böyük bağlama ilə daxil olur.
N a z l ı. Dayı, sənə lazım olanların hamısını buraya qoymuşam.
U s t a İ m a n. Ədə, Məhəmməd Rəhim, paraxod iki dəfə fit verdi. Tez fayton
dalınca get.
M ə h ə m m ə d R ə h i m çıxır.
S ə l i m ə. İndi bu dava-şavadan sonra çıxart görüm evə nə qədər pul
verəcəksən?
U s t a İ m a n. Bir də görüm sənə pul nə lazımdır? Hər nə lazım olsa
Məhəmməd Rəhim alıb verəcəkdir.
S ə l i m ə. Mən Məhəmməd Rəhimin əlinə baxan deyiləm, çıxart öz əlimə ver.
S ə k i n ə. Ata, mənə çəkmə pulu ver.
U s t a İ m a n. Sənə çəkimə lazım deyil. Baldırını açan qız ayaqyalın da gəzər
bilər.
Allahqulu daxil olur.
S ə l i m ə. Oğlum, yaxşı vaxtda gəlmisən, atan gedir, evinə pul vermək istəmir.
A l l a h q u l u. Elə iş ola bilməz. Kişi kimi söz vermisən. Kişi kimi də əmələ
gətir. Yoxsa, səni buraxmaq yoxdur.
U s t a İ m a n (qoltuğundan kisəsini cıxardıb acıtr, bir qədər pul goturub
Səliməyə verir.) Ala bu da sənin ev xarcın. Daha ürəyin sakit olsun.
S ə l i m ə (sanıyıb). Elə bu? Bir elə puldan evə bunu verirsən. Bu pul heç beş
günə də çatmaz.
U s t a İ m a n. Bu pulları tərpətmək olmaz. Bunlara İrandan mal alıb
gətirəcəyəm. Mənim də çalışıb vuruşduğum sizinçindir.
S ə l i m ə. A kişi, bizi ələ salmısan? Özünü lotuluğa qoymusan? (Pulu onun
doşunə cırpır.) Al, Xorasanda sənə siğə üçün lazım olar.
Yenə fit səsi gəlir.
U s t a İ m a n. A dinsiz balaları dinsiz, siz mənim başıma nə gətirirsiniz? İndi
ki, belə oldu heç qara köpük də vermirəm. A qız, Nazlı, şeyləri götür gedək.
Getmək istəyir. Səkinə qapının ağzını kəsib.
S ə k i n ə. Yasaq.
U s t a İ m a n. Çəkil, kafir balası kafir.
S ə k i n ə. Yasaq!
M ə h ə m m ə d R ə h i m (daxil olur.) Usta əmi, paraxod sən fit verdiyinə
görə fayton tutmadım.
U s t a İ m a n. Vay sizin zatınıza lənət, məni ziyarətdən qoydunuz. A kafir
uşaqları kafir, cəmi vəbalım sizin boynunuza gəlsin.
Al l a h q u l u, S ə l i m ə, S ə k i n ə (ucu də). Gəlsin.
U s t a İ m a n. Axirətdə nameyi- əmalınız sol əlinizə verilsin.
Ü ç ü d ə. Qoy verilsin.
U s t a İ m a n.Ay müsəlmanlar, axı mən başı daşlı, mən gözü yaşlı nə edim?
Arvad - cinatdel, oğul - komsomol, qız - pənirkə.
Pərdə