Çar zamanı idi... Hümmətəlinin evində qonaqlıq tədarükü görülürdü. Həyətin bir tərəfində qoyun soyulurdu, o biri tərəfində qazanlar asılmışdı, ortada palazlar salınmışdı, döşəklər düzülmüşdü. Hümmətəli döşək üstündə oturub, yastığa dirsəklənib, çubuq çəkə-çəkə qonaqlarını gözləyirdi.
Hümmətəli neçə il idi ki, yaşadığı Meşəli və ətraf kəndlərə kəndxuda seçilərək yazıq kəndlilərin başına min bəla gətirirdi. Bu hərif, qara damlarda, ağac
daxmalarda yaşayan kəndliləri hökumət vergisi adına soyaraq özü üçün böyük
dövlət və bir də ağ daşdan bina olunmuş ikimərtəbəli ev düzəltmişdi.
Rüşvətxor çar məmurları seçki zamanı onun tərəfini saxladıqları üçün, məzlum
kəndlilər hər iki qüvvədən qorxaraq Hümmətəlinin ziddinə getməyə cürət edə
bilməzdilər, o da kəndxuda seçilərək hökmranlığını sürərdi.
Son zamanlarda qonşu kənddə yaşayan Xankişi dövlətlənmişdi. Seçki
zamanında Hümmətəli ilə mübarizə aparırdı. Xankişinin axırda ona qalib gəlməsini
Hümmətəli hiss edirdi. Çox çəkişmədən sonra Hümmətəli bu fikrə gəlmişdi ki,
onunla qohumlaşıb öz tərəfinə çəksin. Bu yolda xeyli tələlər quraraq axırda
məramına nail oldu. Belə ki, Hümmətəlinin qardaşı qızı Məlahət, Xankişinin oğlu
Qaraoğlana, bu gün nişanlanacaqdı. Hümmətəlinin övladı olmamışdı, bunun
səbəbini arvadı Xədicədən görərək onun üstə yeni arvad almışdı. Lakin ondan da
övladı olmadı, buna Xədicə artıq sad idi, çünki illəti ərində görürdü. O idi ki,
günüsü ilə yola getməyərək, axırda onu boşatmağa müvəffəq olmuşdu.
Hümmətəlinin qardaşı Səfdərin də Məlahətdən başqa övladı otmamışdı. Atası
Məlahəti çox istərdi və azadəböyüyerdi. Məlahət səkkiz yaşına çatdıqda atası vəfat
etdi. Hümmətəli Məlahəti öz evinə gətirərək, onun malına və ixtiyarına sahib oldu.
Yazıq uşağın o gündən də müsibətləri başlandı. Sonsuz Xədicə ilk günlərindən
Məlahəti sevmədi. Bu gözəl və sağlam qızcığazı görməyə belə gözü yox idi, heç
bir şey üstə onu danlardı, döyərdi. Qıvrıcıq və topuqlarına qədər sallanan saçları da
biçarə qızın başına bir bəla kəsilmişdi. Xədicənin hər bəhanəsi qurtardıqda:
- Gəl başını darayım, - deyə Məlahətin o gözəl saçlarını daraq dişlərində qıraraq
topa-topa yerə atardı.
Hümmətəliyə gəldikdə Məlahət qorxudan onun ətrafına belə dolanmazdı,
yoldaşları ilə gəzməyi, oynamağı əmisi ona qadağan etmişdi. Bu isə azadə yaşamış
qızcığaza danlanmaqdan, döyülməkdən artıq təsir edirdi.
* * *
Yavas-yavaş qonaqlar toplanmağa başlamışdı. Hümmətəli xeyli mehriban
onlarla salamlaşaraq hər kəsə oturmağa yer göstərirdi. Lakin kəndlilər harada
oturmağı gözəlcə bilirdilər. Döşəklər dövlətlilər, ruhanilər üçün qoyulmuşdu...
Cənnətəli:
- Hümmətəlidən başqa, kəndxuda olmağa kim layiqdir? O kişi neçə ildir bizim
zəhmətimizi çəkmiş, yenə də çəkməlidir.
Hümmətəli özünü bicliyə vurub dedi:
- Xeyr, daha mən yorulmuşam, bəsdir, başqasını seçək ki, necə əziyyətli vəzifə
olduğunu bilsin. Hökumət vergisi üstə məndən rəncidə olursunuz, onu bilmirsiniz
ki, töycülərin vaxtlı-vaxtında toplanıb xəzinəyə verilməsini hökumət məndən tələb
edir... Mən bir hökumət quluyam, əmrə tabeyəm, mənə buyururlar, mən də sizdən
tələb edirəm.
- Doğrudur, doğrudur, - deyə kəndlilər təsdiq etdilər. Qara Hüseyn əlavə etdi:
- Canım, bir sözlə, dinmə ver.
Bu sözə kəndlilər gülüşdülər. Hümmətəli bu cür tülkülüklə kəndlilərin rəyini
ələ alırdı. Xankişinin və dəstəsinin gec gəlməsi Hümmətəlini təşvişə salırdı.
Qorxurdu ki, Xankişi fikrini dəyişsin, yenə ona düşmən olsun. Bu halda dərvaza
açıldı. Xankişi adamları ilə həyətə daxil oldu. Hümmətəli cəld qalxaraq onlarla
salamlaşdı.
- Xoş gəlmisiniz, buyurun, - deyə onlara yuxarı başda yer göstərdi.
Qonaqlar oturdular. Söhbət təzələndi. Bir azdan sonra süfrə salındı, xörək
ortaya gəldi. Teamdan sonra çay və şimi meydana gəldi. Əsil mətləb açıldı.
Kəndlilər bu xeyir işi alqışlayaraq anladılar ki, Hümmətəlinin çəngəsindən
qurtarmaq zamanı hələ gəlməmiş.
Qonaqlar dağıldıqdan sonra, Xankişi Hümmətəli ilə otağa daxil oldu.
- Qızımı göstərin, görüm necə qızdır? - deyə Xankişi soruşdu.
On yaşında gəlin meydana gəldi.
- Pəh, pəh, maşallah nə göyçək qızdır, - deyə Xankişi Məlahətin alnından öpdü.
Sonra bir üzük çıxarıb onun incə barmağına taxdı.
Əhvalatdan xəbərsiz qız, Xankişiyə baxaraq sanki soruşurdu:
- Bu nə oyuncaqdır?
Xankişi xudahafiz edərək dedi:
- Qızım, salamat qal, səni qoca baban bəzəkli-düzəkli, başı üstə saxlayacaqdır.
* * *
Bu hadisədən iki il keçdi. Xədicənin Məlahətə etdiyi zülm getdikcə artırdı.
Əmisinə gəldikdə o da Məlahətə başqa cür əziyyət verirdi. Həyətdən kənara
çıxmağa izin vermirdi. Qonşuya, ya başqa bir yerə getmək lazım gəldikdə başına
çadra örtərdi. Həmişə əmisindən bu sözü eşidərdi:
- Unutma ki, sən Qaraoğlana nişanlısan, özünü elə ismətli dolandır ki, nə mən,
nə də adaxlın xəcalət çəksin, Yoxsa səni öz əllərimlə boğub öldürərəm.
Qaraoğlan adı gəldikdə yazıq uşağın bədəninə titrəmə çökürdü. O saat
Qaraoğlanın vahiməli, pırtlaq gözləri və capıq surəti gözlərinin önündə dururdu.
Məlahət, Xədicənin və əmisinin min cür əziyyətinə razı olurdu. Lakin
gələcəkdə Qaraoğlana arvad olmağını beyninə sığışdıra bilmirdi. Uzun gecələri,
biçarə qız göz yaşı tökərək, vahimə içində keçirirdi. Gah özünü yuxuda qaranlıq
ormanda, heybətli bir ayı qucağında görürdü. Sonra ayı Qaraoğlana dönürdü. Gah
da özünü havada yırtıcı qartal caynağında görürdü. Bu da sonra dönüb Qaraoğlan
olurdu.
Qonşuları Piri babanın nağıllarının sonunda gözəl qızları heybətli divlər
çəngəsindən qəhrəman mələkzadələr xilas edərdi. Balaca Məlahət də öz
qurtuluşunu elə şahzadələrdən gözləyirdi. Lakin minlərcə məlahətləri divlərini
çəngəsindən xilas edən mələkzadələr deyil, Böyük Oktyabr inqilabı oldu.
* * *
Kəndliləri soymağa adət etmiş Hümmətəli, Şura hökuməti zamanında quzu
cildinə girərək, min hiylə qurdusa da, kəndlilər onu heç bir yerə seçmədilər. Axırda
yenə bir seçki zamanı bir neçə kəndliyə rüşvət vəd etdiyinin üstü açılaraq, bilmərrə
seçmək və seçilmək hüququndan məhrum olundu. Məyus qalmış Hümmətəliyə
təsəlli verəcək bir şey vardısa, o da özü kimi, Şura hökuməti düşməni və öz həmməsləki Xankişinin də seçki hüququ əlindən alınması idi. Bu iki hərifin Şura hökumətini görməyə gözləri yox idi. Lakin zahirdə özlərini hökumət tərəfdarı göstərirdilər. Yeri gəldikdə deyirdilər:
- Şükürlər olsun ki, zülümkar çar hökuməti məhv oldu, indi hökumət biz işçi və
kəndlilərindir.
Lakin kənddəki füqəra komitəsi bu iki hərifi gözəlcə tanıyırdı... Onları
qabaqlayaraq dinc, farağat oturmalarına əmr etmişdi. Əks surətdə hər ikisinin
sürgün olacağını xəbər vermişdi.
Şura hökuməti bərpa olunduğu gündən balaca Məlahətin də yaşayışı dəyişilərək
bir bayram içərisində keçirdi. Buna ümdə səbəb İsmət xanım idi. Belə ki,
Hümmətəlinin evində qadınlar klubu açılmışdı. Klub qadınlar arasında savadsızlığı
ləğv etmək kursu açmışdı. Bu kursa İsmət xanım müdir təyin olunmuşdu. İsmət
xanım Hümmətəlinin evində mənzil edərək Məlahəti öz qanadı altına almışdı. Onu,
kursdan əlavə, öz otağında xüsusi oxudurdu. Kiçik vaxtında ana məhəbbətindən
məhrum qalmış uşaq, həqiqi ana məhəbbətini İsmət xanımda tapmışdı.
İsmət xanım Məlahətin nişanlı olduğunu bilib bu işi pozmuşdu. Məlahət buna
artıqca şad idi. Evin alt mərtəbəsində iki qaranlıq otağa soxulmuş Hümmətəli və
Xədicə İsmət xanımın böyük düşmənləri idi, lakin ona bir şey etməyi
bacarmırdılar. Məlahət az bir zamanda savadsızlığını ləğv edərək başqa talibələri
ötüb keçmişdi. İsmət xanım uşağın belə zəka və səyini görərək, onu
darülmüəlliminə hazırlayırdı. Buna da Hümmətəli razı deyildi.
- Kəndli qızına oxumaq yaramaz. Oxumuş qız ayağı çarıqlı kəndliyə ərə
getməz, - deyə Hümmətli şikayətlənərdi.
Lakin İsmət xanım onun sözünə əhəmiyyət verməzdi.
Məlahət İsmət xanımın tərbiyəsi altında böyüyərək on beş yaşına çatdı. Bu
gözəl qızı almaq çox cavan oğlanın fikrindən keçirdi, lakin hökumətdən qaçaq
düşən Qaraoğlandan qorxaraq heç kəs cürət edib Məlahətə elçi düşə bilmirdi. Bir il
əvvəl nəşrə başlanmış "Şərq qadını"ın Məlahət çox sevərdi. Qadınlar şöbəsinə
gələn nömrələri oxuyub artıq maraqlanardı. İsmət xanım Məlahətin bu jurnala olan
həvəs və məhəbbətini görüb dedi:
- Məlahət, nə üçün sən də başqa kənd qızları kimi sevgili jurnalına müxbirə
olmursan?
- Qorxuram yazdığımı çap etməsinlər, - deyə Məlahət cavab verdi.
- Nə üçün çap etmirlər? Əhəmiyyətli bir şey yazarsan, çap edərlər.
Gələcək nömrə, jurnalın iki illiyi münasibəti ilə buraxılacaqdır. Sən də bir şey
yaz, göndər...
Bu söz İsmət xanımın yadından çıxıb getmişdi, lakin Məlahət o gündən rahat
ola bilmirdi. Həmişə fikir edirdi ki, nə yazsın və İsmət xanımdan da soruşmaq
istəmirdi, çünki fikri, məqaləsi çap olunursa sevgili müəlliməsinə göstərərək, onu
şad etmək idi. Çox fikirdən sonra Məlahət jurnala bir təbriknamə yazıb göndərdi.
İndi öz "Şərq qadını"nın bayram nömrəsini səbirsizliklə gözləyirdi.
* * *
Bir gün günəş qürubə enən zamanı Məlahət İsmət xanımla cavanlar klubundan
evlərinə qayıdırdı. Yol uzunu, İsmət xanım onu gələn il darülmüəlliminə
aparacağından söyləyirdi. Məlahət buna bir tərəfdən şad, o biri tərəfdən qəmgin idi.
Şad idi ki, darülmüəlliminə girib oxuyacaqdı və axırda müəllimə olacaqdı.
Qəmginliyinə səbəb sevgili müəlliməsindən ayrılacağı idi. Belə şirin söhbət
etdikləri zaman qəflətən yapıncıya bürünmüş bir atlı onların önünə çıxdı. Məlahət
onun üzünü gördükdə qışqırdı:
- Qaraoğlan!
Qadınlar bir şey edincə, Qaraoğlan alıcı quş kimi Məlahətin üstünü aldı. At
üstündən əyilib onu qucağına çəkdi və ildırım kimi götürüldü.
Xof və heyrətli qalmış İsmət xanım sanki yuxuda idi, indi ayıldı. Qaçaraq
özünü milis müdiri Heydərqulunun idarəsinə saldı, vəqəni ona söylədi.
- Qorxmayın, İsmət xanım, bu saat Məlahəti burda görərsiniz, - deyərək
Heydərqulu üç milislə bərabər atlanıb, çaparaq yola düşdü.
Qaraoğlarım fikri dağı aşıb meşədə gizlənmək idi. Kənddən xeyli uzaqlaşaraq
atının başını yığdı. O, fikir edirdi ki, bu tezliklə onun arxasına düşən olmayacaqdır.
Atını da yormurdu ki, dağa çıxa bilsin. Qaraoğlan dağın ətəyinə çatdıqda
Heydərqulu və milislər bir güllə fasiləsincə ona yaxınlaşdılar. Atışma başlandı.
Qaraoğlan onlara cavab verə bilmirdi, çünki qucağındakı Məlahət ona mane
olurdu. Ona görə Məlahəti atdan yerə ataraq tüfəngini boynundan çıxartdı. Məlahət
fürsət taparaq milislərə tərəf qaçmağa başladı. Bunu gördükdə Qaraoğlan birinci gülləsini ona boşaltdı. Binəva qız yerə sərildi. Heydərqulunun gülləsi də Qaraoğlanı atdan yerə saldı. Heydərqulu Məlahətə çataraq atdan düşdü. Məlahət zarıldayırdı.
Heydərqulu onun yarasını bağladı.
- Qorxma, bacım, yaran ağır yara deyil, bir az zamanda sağalıb ayağa
duracaqsan. İntiqamını Qaraoğlandan almışam. Biz onu çoxdan axtarırdıq, axır
cəzasını aldı.
Heydərqulunun əmri ilə milislər Qaraoğlanın meyidini öz atına sandılar,
Məlahəti də Heydərqulunun qucağına qoydular, yola düşdülər. Gecədən saat yarım
keçmiş milis idarəsinə varid oldular. İsmət xanım Məlahəti belə halda gördükdə
nalə etməyə başladı.
- İsmət xanım, qorxmayın, qızın yarası zərərli yara deyil, tez sağalacaqdır.
* * *
Doktor da Məlahətin yarasını qorxulu tapmadı. Lakin onu qorxuya salan başqa
bir azar idi, belə ki, götürülüb qaçırılan zaman Məlahətə bərk soyuq dəymişdi.
Doktor onda zatülcənb1 gördü. İsmət xanım Xədicəyə ümid bağlamayaraq,
xəstəni öz otağına gətirmişdi. Vaxtının çoxunu Məlahətə sərf edirdi. Vaxtlıvaxtında
dərmanını verib, xörəyini hazır edirdi. Məlahətin azarı getdikcə
şiddətlənirdi. Doktor bir gün Məlahətə baxdıqda dedi:
- Əgər xəstə bu gecə azarın zərbinə davam edərsə, sağalmağına böyük ümid
vardır.
O idi ki, İsmət xanım hər işini atıb Məlahətin yanından əl çəkmirdi. Axşam
düşdükdə xəstənin qızdırması artmağa başladı. Gecə yarı olduqda qırx dərəcəyə
qədər qalxdı.
Məlahət böhran içində sayıqlayırdı:
- "Şərq qadını..." "Nə üçün yox..." "Təbrik edirəm..."
Bu sözlərdən İsmət xanım anladı ki, Məlahət "Şərq qadını" jurnalına məqalə
yazıb göndərmiş, indi onun intizarını çəkir. İsmət xanımın yadına düşdü ki, bu
səhər şöbəyə qəzetlərlə bərabər "Şərq qadını" jurnalı da gəlmiş, cəld qalxıb onu
gətirdi və titrək əlləri ilə vərəqləri kəsdi. Jurnalın son səhifəsində, təbriknamələr sırasında belə bir təbrik oxudu:
"Şərq qadını" jurnalına!...
"Ey Böyük Oktyabr inqilabının altun qızı, hörmətli "Şərq qadını"! Əsrlərcə
yumulan məsum gözlərimizi, indi iki ildir ki, sən açdın... Mənbəyindən doğan
işıqlar Azərbaycanın ən uzaq və ən qaranlıq bucaqlarını belə şöləvər edir...
Qaranlıqdan çıxardığın mənim kimi kəndli qızları, hamı səni alqışlar... Budur, mən
də qəlbimin saf və səmimiyyətləri ilə ikiilliyini təbrik edirəm.
Yaşa və Şərq qızını hürriyyətlə yaşat!
İmza: kəndli qızı Məlahət".
İsmət xanım bunu oxuduqda ixtiyarsız, gözlərindən yaş töküldü.
- Qızım, gözlərini aç, bax, budur sevimli "Şərq qadını"nda təbriknamən çap
olunmuş.
Məlahət qan ilə dolmuş gözlərini açdı. İsmət xanım jurnalı ona göstərərək
təbriki oxudu. İsmət xanım təbriknaməni oxuduqca Məlahətin solğun dodaqları
təbəssüm edib ölümün ağır pəncələri altında didilərək, dərin bir köks çəkməsi ilə
heyatını bitirdi.