Aprelin 19-u səhərdən, Gəncə şəhər Nizami rayon Məhkəməsində Emin Axundovun sədrliyi ilə Bəxtiyar Hacıyevin cinayət işinə baxılır.
Vəkillər vəsatət qaldırıblar ki, hakim Azərbaycan məhkəmələrində alternativ hərbi xidmət barədə əvvəllər çıxarılmış iki qərarı oxusun. Vəsatət təmin olunub.
Həmin qərarlarda hərbi xidmətdən yayınma zamanı cinayət məsuliyyətindən azad edilmə və alternativ hərbi xidmətdən istifadə nəzərdə tutulur.
Müdafiə tərəfi ittiham aktının ləğv olunması haqda vəsatət qaldırıb. Vəsatətin müzakirəsi günün ikinci yarısına kimi təxirə salınıb.
Məhkəmə fasilə müddətində B. Hacıyevin 10 dəqiqəlik vəkilləri ilə görüşünə icazə verib.
Məhkəmədə video və səsyazmaların aparılması ilə bağlı qaldırılan vəsatət təmin olunmayıb.
B. Hacıyev Cinayət Məcəlləsinin 321.1-ci (qanuni əsas olmadan hərbi xidmətdən yayınma) maddəsi ilə ittiham olunur.