Super benzinin yenidən bahalaşdığı deyilir [yenilənir]

Yanacaqdoldurma məntəqəsi

Azərbaycanda Aİ-98 Super markalı benzinin qiymətinin qaldırıldığı bildirilir.

Lent.az-ın xəbərinə görə, Aİ-98 Super benzinin qiyməti 10 qəpik bahalaşıb.

Xəbərdə qeyd edilir ki, indiyə kimi litri 1 manat 20 qəpiyə satılan benzinin qiyməti 1 manat 30 qəpiyə qaldırılıb.

Azərbaycanda sonuncu dəfə benzinin qiyməti iyul ayında bahalaşmışdı. Həmin vaxt Tarif Şurası Aİ-92 markalı benzinin qiymətini 70 qəpikdən 90 qəpiyə qaldırmışdı.

Buna da bax:​ Tarif Şurası: “Benzinin bahalanmasının yük və sərnişindaşımaya aidiyyatı yoxdur”

Tarif Şurası bahalanmanı Dövlət Neft Şirkətinin (SOCAR) müraciəti ilə əsaslandırmışdı.

Bu ilin yanvar və fevral aylarında isə Tarif Şurasının tənzimləmədiyi, ölkəyə idxal edilən benzin bahalaşmışdı. Söhbət Aİ-95 və Aİ-98 markalı benzinlərdən gedirdi. Aİ-95 markalı benzin 95 qəpikdən 1 manat 5 qəpiyə, daha sonra isə 1 manat 15 qəpiyə yüksəlmişdi. Aİ-98 markalı benzin isə üst-üstə 1 manat 10 qəpikdən 1 manat 20 qəpiyə qaldırılmışdı.

Onda deyilirdi ki, dolların bahalaşması idxal edilən yanacağın qiymət artımını qaçılmaz edib.

Son 5 ayda isə manat dollara nisbətən möhkəmlənib. Bir dollar 1 manat 93 qəpikdən bir manat 70 qəpiyə düşüb.

Hələlik, bu məsələ ilə bağlı rəsmi izahat yoxdur.

Buna da bax: Əgər Harvey qasırğası da neftin qiymətini qaldırmadısa…

* * *

Ekspert: “Aİ-98 benzininə tələbat artıb”

Ekspertlərdən İlham Şaban deyir ki, Aİ-98 Azərbaycan bazarinda istehlak olunan benzinlər arasinda çox cuzi paya malik idi.

İlham Şaban

“Ümumilikdə ölkədə 1,3 mln ton benzin istehlak olunduğunu nəzərə alsaq, 2016-cı ildə onun cəmi 44,2 min tonu Aİ-95-in, 636 tonu isə Aİ-98-in payına düşüb. Yerdə qalan isə Aİ-92 benzin olub”

İlham Şaban deyir ki, bu il Aİ-98-in istifadəsi xeyli artıb.

Buna da bax:​ AI-95 benzini bahalaşdı

“Bu ilin 6 ayında 816,4 min ton Aİ-98 markalı benzin gətirilib. Bunlar Belarus və Rusiyadan idxal edilib”, – deyə ekspert vurğulayıb.

Ancaq o, dolların Azərbaycanda ucuzlaşdığı təqdirdə ölkəyə idxal edilən benzinin qiymətinin artırılmasının səbəbinin ona bəlli olmadığını deyib.