Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen gələn ilin ortasınadək Avropa Birliyi üzvü olmayan ölkələrə COVID-19-a qarşı əlavə 200 milyon doza vaksin ianə ediləcəyini açıqlayıb.
“İlkin və ən vacib prioritetimiz qlobal vaksinasiyanı sürətləndirməkdir”, – von der Leyen sentyabrın 15-də blok rəhbərliyinə gələndən sonra ikinci müraciətində deyib.
Buna da bax: Fransada bu tibb işçiləri işdən kənarlaşdırılır
Vaksinasiya fərqi
AB indiyədək 250 milyon doza ianə etmək öhdəliyi götürüb.
Ötən ayın sonunadək 27 üzvü olan AB-də yetkin yaşlı əhalinin 70 faizinin COVID-19-a qarşı tam peyvənd olunduğu bildirilib.
Ancaq von der Leyen AB üzvləri arasında vaksinasiya fərqindən narahatlığını dilə gətirib.
Sizin brauzer HTML5-i dəstəkləmir
Almaniyanın keçmiş müdafiə naziri olan von der Leyen Strasburqda Avropa Parlamentində çıxış edib. İki ildir AB pandemiya, kəskin iqtisadi geriləmə, blokdan çıxışla bağlı gərginlik yaşayır.
AB-nin 19 üzvünün iqtisadi göstəricilərinin bu il pandemiyadan öncəki səviyyəyə yüksələcəyi gözlənir, digərlərində isə bu, gələn il qeydə alınacaq.