Avropa Komissiyasının sözçüsü Peter Stano AzadlıqRadiosu-na bildirib ki, Avropa Birliyinin (AB) İqtisadi və İnvestisiya Planı (İİP) həm də nəqliyyat əlaqələrinin genişlənməsini hədəfləyir. Bu, planın 6 maliyələşdirmə istiqamətindən biridir.
İİP-nin büdcəsi 2.3 milyard avrodur, amma 17 milyard avroya qədər artırıla bilər. Bu investisiyalar “Şərq Tərəfdaşlığı Proqramı” üzvləri üçün nəzərdə tutulub. Azərbaycan da “Şərq Tərəfdaşlığı Proqramı”nda iştirak edir.
“İnvestisiya layihə təkliflərinin keyfiyyəti əsasında ayrılacaq”, – Stano qeyd edib.
Buna da bax: Paşinyan Naxçıvana dəmiryolun marşrutunu açıqladıÜmumilikdə, İİP 2025-ci ilə qədər 3 min km dəmiryolu və avtomobil yolunun qurulmasına və bərpasına investisiya yatırmağı nəzərdə tutur.
Naxçıvana dəmiryolu Ermənistan ərazisindən keçməklə çəkiləcək.
Ermənistan tərəfi bildirib ki, yolun Ermənistan ərazisindən keçən hissəsi üçün 200 milyon dollar lazımdır.
Buna da bax: AB 300 milyard avroluq infrastruktur planı açıqlayırBu il dekabrın 14-də Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan Brüsseldə görüşərək Yerasx-Culfa-Ordubad-Mehri-Horadiz dəmiryolunun tikintisi ilə bağlı razılaşmanı təsdiqləyiblər. Paşinyan dəmiryolunun beynəlxalq səviyyədə tanınmış sərhəd və gömrük qaydalarına uyğun, qarşılılıq prinsipi əsasında, ölkələrin suverenliyi və yurisdiksiyasına uyğun fəaliyyət göstərəcəyini bildirib.
Azərbaycan ötən il 44 günlük müharibə ilə Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarətini bərpa edib. Qoşunların təmas xəttinə və Laçın dəhlizinə Rusiya hərbçiləri yerləşdirilib.