ABŞ Dövlət katibi Mike Pompeo Çinin Sincan əyalətində uyğurların təqib olunmasından narahatlıq bildirib.
Dövlət katibinin noyabrın 5-də yaydığı bəyanatda bildirilir ki, Vaşinqton, Çinin Sincan əyalətində uyğur fəalların ailə üzvlərinin təqib olunması,həbsə atılması və yxüsusi düşərgələrdə saxlanmasından dərin narahatdır.
BMT-də ötən ilin avqustunda bəyanat yayaraq, Sincan əyalətində təxminən 1 milyon uyğur və digər müsəlman qrupları üzvlərinin xüsusi düşərgələrdə saxlanmasından narahatlıq bildirmişdi.
Buna da bax: Çində repressiyalar nəticəsində pərən-pərən düşən uyğur ailələri
BMT-nin məlumatına görə indiyədək bu düşərgələrdən milyonlarla müsəlman keçib.
Çin isə ittihamları rədd edir və onların həmin “xüsusi tərbiyyə düşrgələrində” islah olunduqlarını iddia edir.
Buna da bax: Türkiyə Çinin uyğurlara münasibətini pisləyir