2022-2023-cü tədris ilində Amerika Birləşmiş Ştatlarında Azərbaycandan gedən 901 gənc təhsil alır.
Bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyi məlumat yayıb. Məlumata görə, bu, əvvəlki illə müqayisədə 23,8 faiz çoxdur.
ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Huqo Gevara vurğulayıb ki, bu, “innovasiya, əməkdaşlıq və birlikdə uğur qazanmaq imkanlarının əhəmiyyətli dərəcədə artması” deməkdir.
Səfirlik qeyd edib ki, Birləşmiş Ştatlar beynəlxalq təhsil üçün qlobal miqyasda ən çox üstünlük verilən istiqamət olaraq qalır və bir milyondan artıq beynəlxalq tələbəyə ev sahibliyi edir.
“Beynəlxalq mübadilələr bizə kritik məsələlərdə əməkdaşlıq etməyə kömək edən yeni əlaqələr yaradır. Buna görə də beynəlxalq təhsil diplomatiyamızın və milli təhlükəsizliyimizin vacib hissəsidir”, - dövlət katibi Antoni Blinken deyib.