Jurnalist Əhməd Muxtar saxlanıb

Əhməd Muxtar

-

Müstəqil jurnalist Əhməd Muxtar sentyabrın 18-də təxminən saat 19.00 radələrində saxlanılıb.

3 nəfər mülki geyimli onu evinin ətrafında saxlayaraq aparıblar.

Bu barədə AzadlıqRadiosuna hüquq mudafiəçisi Arzu Abdullayeva məlumat verib.

O bildirib ki, məsələ ilə bağlı Ədliyyə Nazirliyi yanında İctimai Komitəyə müraciət ediblər.

Sentyabrın 17-də isə Meydan TV-nin müxbirinin 30 sutka inzibati cəza aldığı xəbəri yayılıb.