Azərbaycan və Aİ arasında təhlükəsizlik dialoqu keçirilib

Hikmət Hacıyev

Bakıda Azərbaycan və Avropa İttifaqı arasında təhlükəsizlik dialoqunun üçüncü raundu keçirilib

Bakıda Azərbaycan və Avropa İttifaqı arasında təhlükəsizlik dialoqunun üçüncü raundu keçirilib.

Bu barədə martın 17-də Azərbaycan prezidentinin köməkçisi, Prezident Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Twitter səhifəsində paylaşım edib.

“Mən Avropa Xarici Fəaliyyət Xidməti baş katibinin müavini Enrike Moraya regional məsələlər, enerji/kiber təhlükəsizlik, narkotik vasitələrin qanunsuz dövriyyəsi, qanunsuz miqrasiya və s. mövzulara dair məhsuldar fikir mübadiləsinə görə minnətdaram”.

Xatırlatma

Azərbaycan Avropa İttifaqı (Aİ) ilə Şərq Tərəfdaşlığı proqramı çərçivəsində əməkdaşlıq edir.

Bu proqram 2009-cu ildə altı keçmiş sovet respublikasının (Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna, Moldova və Belarus) Aİ ilə daha sıx inteqrasiyası məqsədilə yaradılıb.

Gürcüstan, Moldova və Ukrayna Aİ ilə assosiasiya sazişlərini imzalayıb.

2017-ci ildə isə Ermənistanla tərəfdaşlıq sazişi imzalanıb.

Həmin ildən Azərbaycanla da eyni danışıqlar başlasa da, bu sazişin nə zaman imzalanacağı dəqiq bilnmir.

Belarus əməkdaşlığı dayandırıb.