Yanvarın 5-də Minskdə Nobel Sülh Mükafatı laureatı Ales Byalyatski və daha üç nəfərin məhjəməsi başlanır. 60 yaşlı Byalyatski “Vyasna-1996” insan haqları qrupunun təsisçisidir.
Onunla birlikdə Vyasna-nın üç işçisi mühakimə olunur. Onlar antihökumət etirazlarını maliyyələşdirməkdə və pul qaçaqçılığında ittiham olunur, 12 ilədək həbsə məhkum edilə bilərlər. Təqsirləndirilənlərdən biri qiyabi mühakimə edilir.
Buna da bax: Sanksiya altında olan ölkələr klubu. 'Bir-birini sevmirlər'Hüquqi və maliyyə yardımı
Tərəfdarları ittihamların siyasi qisasçılıq məqsədi daşıdığını deyirlər, ancaq Byalyatski özü ittihamları şərh etməyib. Onun vəkilinə isə işlə bağlı informasiya vermək qadağan olunub.
Alyaksandr Lukaşenka 2020-ci ilin avqustunda prezident seçkisinin qalibi elan olunandan sonra ölkədə kütləvi etirazlar başlanıb, yüzlərlə belaruslu saxlanıb, işgəncə görüb.
Byalyatski “Vyasna-1996”nın iki əməkdaşı ilə birlikdə 2021-ci ildə saxlanıb.
“Vyasna-1996” etirazlar vaxtı saxlanmış yüzlərlə belarusluya hüquqi və maliyyə yardımı göstərib. Qurum əməkdaşlara ittihamların onsan insan haqları fəaliyyəti ilə bağlı olduğunu bildirir.
Buna da bax: 'Belarus ərazisindən Ukraynaya hücum ehtimalı azdır, lakin tam istisna deyil'50 minədək saxlanan olub
Byalyatski və həmkarları insan haqları müdafiəçilərinin “siyasi məhbus” siyahısına salınıblar. Hazırda Belarus həbsxanalarında 1500-dək siyasi məhbusun olduğu bildirilir.
İnsan haqları müdafiəçiləri 2020-ci ildən etirazlarda iştiraka və hakimiyyəti tənqid etməyə görə 50 minədək insanın saxlandığını deyirlər.
2022-ci ilin Nobel mükafatı Byalyatski ilə birlikdə Rusiyanın “Memorial” insan haqları qrupuna və Ukrayna Mülki Azadlıqlar Mərkəzinə verilib.