Martın 28-də Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.
Bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, söhbət zamanı prezident Volodimir Zelenski Azərbaycan dövlət başçısını Ukraynadakı vəziyyət barədə məlumatlandırıb:
“Prezidentlər humanitar dəhlizlərin yaradılması və sülh danışıqlarının davam etdirilməsinin vacibliyini qeyd ediblər.Telefon danışığı əsnasında Prezident Volodimir Zelenski tibbi ləvazimatlar daxil olmaqla, Ukraynaya göstərilən humanitar yardıma görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib.”
Açıqlamaya görə, prezident İlham Əliyev bildirib ki, Azərbaycan daim humanitar məsələlərə böyük önəm verir və xüsusi diqqətlə yanaşır.
Xatırlatma
Bu il fevralın 24-də Rusiya Ukraynaya yenidən tacavüzə başlayıb. Altı il əvvəl də Rusiya Ukraynanın bir hissəsini-Krımı ilhaq etmişdi.
Onda Rusiyaya sanksiyalar tətbiq edilməyə başlanmışdı.
Yeni müharibədən sonra Qərb və dünyanın bir sıra ölkələri Rusiyaya sanksiyaları genişləndirib.
Amma Azərbaycan bu sanksiyalara qoşulmur.