Almaniya Hərbi Dəniz Qüvvələrinin komandanı Kay-Axim Şonbax ilhaq edilmiş Krım, Putin və Rusiyanın Ukraynaya qarşı son hərəkətləri ilə bağlı dediklərindən sonra istefa verib.
Şənbə günü axşam Almaniya Müdafiə Nazirliyi admiralın istefa ərizəsi təqdim etdiyini açıqlayıb.
Hindistan Müdafiə Tədqiqatları İnstitutunda çıxış edən alman admiral deyib ki, Rusiyanın Ukraynaya qarşı təhdidlərinin əsas məqsədi Qərbin Rusiyaya və prezident Vladimir Putinə şəxsən “hörmətlə” yanaşmasını təmin etməkdir.
Şonbaxın fikrincə, Qərbin ona “axtardığı və bəlkə də layiq olduğu” bu hörməti verməsi heç də çətin deyil. Admiralın sözlərinə görə, Rusiya ilə münasibətlər xüsusilə Almaniya üçün vacibdir, çünki bu ölkə Çinlə qarşıdurmada mühüm rol oynaya bilər.
"Rusiya doğurdanmı Ukrayna torpaqlarından kiçik bir hissəni istəyir? Yoxsa bu ölkəyə inteqrasiya olmaq istəyir, bu boş şeydir. Çox güman ki, Putin təzyiq edir, çünki o bilir ki, o bunu edə bilər və bu Avropa İttifaqını parçalayar... ? lakin onun həqiqətən istədiyi yüksək səviyyəli hörmətdir”, Dehlidə Almaniya Hərbi Dəniz Qüvvələrinin komandanı deyib.
Putin hörmət istəyir... Hörmət çox baha deyil, ümumiyyətlə heç bir xərc tələb etmir. Rusiya hörmətə layiqdir. Bizə, Hindistana, Almaniyaya Çinə qarşı Rusiya lazımdır.- alman komandan bildirib.
Şönbax qeyd edib ki, Rusiya qruplaşmasının Ukrayna ilə sərhədləri yaxınlığında qurulması problemdir, lakin dərhal əlavə edib ki, “Krım yarımadası heç vaxt (Ukraynaya) qayıtmayacaq və bu, faktdır”.
Buna da bax: ABŞ Rusiyadan 'zəmanətlərin' tələblərinə cavab mətnini dərc etməməyi xahiş edibAdmiralın dedikləri Krımı Ukraynanın ilhaq edilmiş ərazisi hesab etməkdə davam edən və Rusiyadan onu geri qaytarmağı tələb edən Almaniya və onun müttəfiqlərinin rəsmi mövqeyi ilə ziddiyyət təşkil edir.
Almaniya Müdafiə Nazirliyinin nümayəndəsinin sözlərinə görə, admiralın sözləri Berlinin rəsmi mövqeyinə uyğun gəlmir və onun özü də bazar ertəsi nazirliyə söhbətə çağırılıb. Admiral artıq dediklərini şəxsi fikir, açıqlamasını isə “açıq-aşkar səhv” adlandıraraq üzr istəyib.
"Mənim Hindistandakı analitik mərkəzdə təhlükəsizlik siyasəti ilə bağlı həmin an dediklərim mənim şəxsi fikirlərim idi və bu heç cür rəsmi mövqeyə uyğun deyil"
Ukraynanın Xarici İşlər Nazirliyi alman admiralın dediklərinə kəskin reaksiya verib. XİN sözçüsü Oleq Nikolenko Krımın, o cümlədən tərəfdaşlarının səyləri sayəsində Ukraynanın nəzarəti altına qayıdacağına əmin olduğunu bildirib.
“Almaniya Hərbi Dəniz Qüvvələrinin komandirinin Putini başa düşmək cəhdlərinin- mənəvi, siyasi və təhlükəsizlik baxımından” öz həddi olmalıdır – , - XİN sözçüsü bildirib.
Ukraynanın xarici işlər naziri Dmitri Kuleba isə öz növbəsində Almaniyanın Ukraynaya silah verməkdən imtina etdiyini xatırladaraq Berlində verilən son bəyanatın iki ölkə arasında “münasibətlərin səviyyəsinə uyğun gəlmədiyini” deyib.
Buna da bax: Almaniya Ukraynaya dəstək olaraq səhra xəstəxanaları göndərəcək