Almaniya prezidenti Frank-Valter Ştaynmayer oktyabrın 28-də alman xalqına proqram çıxışı ilə müraciət edib.
Almaniya dövlət başçısının iqamətgahı - Bellevyu sarayında etdiyi çıxışda Ştaynmayer Almaniya vətəndaşlarını sıx birləşməyə və ən çətin böhran zamanlarında çətinliklərə dözməyə qabil olduqlarını isbat etməyə çağırıb.
Almaniya prezidenti deyib ki, Rusiyanın Ukraynaya qarşı “qəddar qəsbkarlıq müharibəsi” Avropa təhlükəsizlik sisteminin arxitekturasını ayaqlar altına atıb.
Buna da bax: Azərbaycanda Putinin dediklərini belə yozurlar…Opponentləri tərəfindən illərlə Rusiya ilə əməkdaşlıq qurmağa çalışmaqda ittiham olunan Ştaynmayer bu dəfə Vladimir Putin haqqında düşündüklərini aydın ifadə edib:
"Rusiya prezidenti özünün imperiya divanəliyi ilə beynəlxalq hüququ pozub, sərhədləri sual altına alıb, ərazilərin qəsb olunmasına başlayıb”.
Almaniya prezidenti vurğulayıb ki, Rusiya Ukrayna üzərinə hücumu ilə bəşəriyyətin iki dünya müharibəsindən aldığı dərsləri heçə endirib.
Ştaynmayerin sözlərinə görə hazırda dünya özünün “qarşıdurmalar fazasındadır”. O əlavə edib ki, Almaniya üçün çox çətin dövr başlanır.
O bildirib ki, Putinin hüquq, zorakılıqdan çəkinmək və sərhədlərin toxunulmazlığı prinsipləri üzərinə hücumu - əslində almanların tərəfdar olduğu nə varsa onun əleyhinə hücumdur.
Buna da bax: Ukrayna Moskvanın Xersona əlavə qüvvə göndərdiyini deyir“Alçaq və insanlığa nifrətli hücumlar”
Ölkəsinin xüsusilə də keçmiş sosialist şərqində bəzi skeptiklərə müraciət edən Ştaynmayer deyib ki, Almaniya biganə qala bilməz və bütün ağır xərclərinə baxmayaraq Avropa İttifaqı Rusiyaya qarşı sanksiyalar elan etmək məcburiyyətində idi.
Onun sözlərinə görə Almaniya bu qarşıdurmada üçüncü tərəf ola bilməz.
O əlavə edib ki, Almaniya diplomatik həll yollarının tapılması üçün bütün səylərini göstərir.
Lakin o bildirib ki, “şərlə qarşılaşanda yalnız xoş məram və iradə kifayət deyil”.
Buna da bax: Putin yenə də Qərbi qorxudur, dialoq gözləyir, SSRİ-ni yada salırO qeyd edib ki, Rusiyanın son səkkiz aydakı “alçaq və insanlığa nifrətlə dolu hücumlarını” başqa cür izah etmək mümkün deyil.
Ştaynmayer deyib ki, sülh ərazilərin qurban verilməsi hesabına əldə oluna bilməz:
"Ukraynadakı bir çox adamların fikrincə onların Rusiya işğalçılarına qurban verilməsi şərin qələbəsi olardı”.
Sizin brauzer HTML5-i dəstəkləmir
Rusiya ilə münasibətdə romantikaya yer qalmır
Ştaynmayer habelə Almaniyanın şərqində yaşayan və “Rusiya ilə bağlılıq hiss edən və rus ədəbiyyatı və musiqisini sevən” vətəndaşlara müraciət edib:
"Bugün Rusiyaya baxanda romantikaya yer qalmır. Bizim ölkələrimiz bugün qarşıdurmadadır”.
Ştaynmayer yekun olaraq bəyan edib ki, Rusiya Federasiyası və Almaniya bundan sonra partnyor sayıla bilməzlər.
Beləliklə, Almaniya prezidenti indiyədək bir çox siyasətçilərin deməyə cəsarət etmədiyini açıq şəkildə dilə gətirib.
Buna da bax: ABŞ ‘çox güclü qeyri-nüvə silahını’ sınaqdan çıxarıbŞtaynmayer nitqini nikbin ruhda başa çatdırıb:
"İki ildən sonra biz demək istərdik ki, iqtisadi tənəzzülün öhdəsindən gələcəyik. Biz beş ildən sonra demək istərdik: Ukrayna öz suverenliyini qoruya bilib və biz Avropada yeni müharibələrdən qorxmamalıyıq. Biz on ildən sonra demək istərdik: Biz cəmiyyəti parçalanmaqdan qoruya bilmişik və əksəriyyət demokratiyaya inamını saxlaya bilib. Biz on beş ildən sonra demək istərdik: Müharibə və böhrana baxmayaraq biz planetimizdəki gələcək nəsillərin yaxşı həyatını təmin etmişik”.