Almaniya prezidenti Frank-Valter Staynmayer iyunun 20-də Astanada Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevlə danışıqlarından sonra deyib ki, Avropa İttifaqı və Qazaxıstan Rusiyanın Ukraynada müharibəyə görə üzərinə qoyulmuş Qərb sanksiyalarından yayınmasının qarşısını almaq üçün yaxın əlaqədədirlər:
"Biz sanksiyalardan yayınmanın qarşısının alınması üçün bütün mümkün səylərimizi gücləndirməliyik və biz danışıqlar zamanı eşitdik ki, bu məsələlərlə bağlı Qazaxıstanın nazirlikləri və Aİ-nin agentlikləri arasında sıx əlaqə qurulub”.
Ştaymayer Qazaxıstanın Avropa bazarlarına ixrac üçün Rusiyadan yan keçən yeni marşrutlar axtarmasını alqışlayıb.
Buna da bax: Bayden: Putinin nüvədən istifadə təhlükəsi realdırAlmaniya üçün Qazaxıstan nefti
Ştaynmayerin səfəri zamanı Almaniya və Qazaxıstan rəsmiləri Qazaxıstandan Almaniyaya əlavə neft təchizatına dair razılaşma imzalayıblar.
Bu razılaşmaya əsasən bu ilin axırınadək Almaniyanın Şvedt şəhərindəki neft emalı zavodu Qazaxıstandan ayda 100 min ton xam neft alacaq.
Ştaynmayer vurğulayıb ki, bu razılaşma Şvedt neftayırma zavodunun və şərqi Almaniyanın yanacaqla təchiz olunmasının gələcəyini təmin edəcək.
Tokayev çıxışında “sanksiyalardan yayınma” məsələsinə toxunmayıb və deyib ki, Qazaxıstan Rusiya və Ukrayna arasında yaranmış vəziyyətin diplomatik yollarla həll edilməsində fəal iştirak edəcək.
Buna da bax: BMT: Ukraynada 9 min mülki şəxs həlak olubOdla su arasında
Mart ayında Avropa İttifaqının sanksiyalar üzrə xüsusi səfiri Deyvid O'Sallivan Qazaxıstana və Mərkəzi Asiyanın Rusiyanın iqtisadi və siyasi nüfuz dairəsinə daxil başqa ölkələrinə Moskvaya sanksiyalardan yayınmaqda kömək etməmək çağırışı etmişdi.
Qazaxıstan Rusiyanın ən fəal ticarət partnyorlarından biridir və Moskvanın başçılıq etdiyi Avrasiya İqtisadi İttifaqının üzvüdür.
Bu bloka habelə Belarus, Ermənistan və Qırğızıstan daxildir. Əslində Rusiya Aİİ-ni Avropa İttifaqına alterativ paralel kimi yaradıb.
Lakin ekspertlərin qənaətinə görə Moskva ittifaqdan başqa ölkələrə iqtisadi təzyiq aləti kimi istifadə edir.
Rusiyanın Ukraynaya tammiqyaslı müdaxiləsi başlanandan bəri Aİ və ABŞ minlərlə fərd və vahid üzərinə sanksiyalar qoyub.
Bundan başqa ABŞ Ticarət Nazirliyi Rusiya və Belarusa ixrac üzərinə qadağanedici məhdudiyyət nəzarəti tətbiq edib.