Almaiya Ukraynaya 7 Gepard tankının göndərilməsinə hazırlaşır. Almaniya hökumətinin rəsmi saytında deyilir ki, bundan əvvəl Kiyevə 30 hava hücumundan müdafiə tankı göndərilib və bunlar artıq döyüş meydanındadır.
Spiegel jurnalı yazır ki, sözü gedən tanklar bundan əvvəl metal qırıntısı kimi təhvil verilməli idi, amma 2023-cü ilin yazında Ukraynaya veriləcək.
Buna da bax: Kreml: Putin danışıqlara açıqdır, amma Ukraynadan çıxmayacaqReuters agentliyi yazır ki, 7 Gepard tankı hazırda Münhendə mənzillənmiş Krauss-Maffei Wegmann zavodunda təmir edilir.
Hökumət tankların dəqiq çatdırılma vaxtını bildirməyib. Məlumatda deyilir ki, tankların çatdırılma tarixi onları təmir edən zavoddan asılı olacaq.
Krauss-Maffei Wegmann Reuters-in sorğusuna cavab verməyib.
Sizin brauzer HTML5-i dəstəkləmir
İsveçrənin neytrallığı mane olur
Spiegel isə yazır ki, Almaniya Ukraynaya bundan da artıq Gepard tankları və onlar üçün sursat göndərməyi planlaşdırır.
Bundan əvvəl Gepard tankları üçün sursatın göndərilməsində problem yaranmışdı.
Çünki bu sursatı cəbbəxanasında saxlayan İsveçrə neytral mövqeyinə görə onları vermək istəmirdi.
Reuters yazır ki, Almaniya hökuməti hazırda Gepard tankları üçün sursat istehsalı ilə bağlı müxtəlif şirkətlərlə danışıqlar aparır və nəticədə İsveçrənin cəbbəxanasındakı sursata ehtiyac qalmaya bilər.
Buna da bax: ABŞ və Aİ Rusiya neftinə 60 dollarlıq qiymət həddi qoyduŞolts Putinə deyib ki...
Bu arada xəbər verilir ki, Almaniya kansleri Olaf Şolts dekabrın 2-də sentyabrdan bəri ilk dəfə olaraq Rusiya prezidenti Vladimir Putinlə telefonda danışıb.
Kanslerin mətbuat xidmətinin məlumatına görə bir saat davam edən söhbət zamanı “Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsi və onun nəticələri” müzakirə edilib.
Buna da bax: Ceyhun Bayramov Polşada ATƏT-i və Ermənistanı tənqid edibMəlumatda deyilir ki, Şolts söhbət zamanı Rusiyanın Ukraynanın mülki infrastrukturuna raket zərbələrini pisləyib.
O habelə bildirib ki, Berlin Ukraynanın müdafiə qüdrətinin gücləndirilməsi tədbirlərini davam etdirəcək.
Qeyd olunur ki, kansler Rusiya prezidentini “Rusiya qoşunlarının Ukraynadan çıxarılması da daxil münaqişənin diplomatik kanallarla həllinə” çağırıb.
Buna da bax: Ukrayna səfirliklərinə ‘qanlı zərflər’ gəlirPutin Şoltsa deyib ki...
Kremlin bu söhbət barədə məlumatında isə deyilir ki, Putin Almaniyanı Ukraynaya “yanaşmasını dəyişməyə” çağırıb.
Putin Şoltsa deyib ki, Rusiya ordusu uzun müddət Ukraynada “müəyyən obyektləri hədəfləməkdən çəkinib, amma indi belə zərbələrin endirilməsinə məcbur olub”.
Rusiya prezidenti bunu da əlavə edib ki, bu, Ukrayna ordusunun Rusiyanın infrastrukturuna qarşı təxribatlarına cavabdır. Putin buna misal olaraq Krım körpüsündəki partlayışı yada salıb.
Ukrayna körpüdəki partlayışla hər hansı əlaqəsini inkar edir.
Rusiya oktyabrın 10-dan başlayaraq Ukarynanın enerji sistemi obyektlərinə ağır raket zərbələri endirir.
Rusiya xarici işlər naziri Sergey Lavrov bugünlərdə demişdi ki, Rusiya ordusu “rusların öldürülməsinə” xidmət edən obyektləri vurur.
Ukrayna Rusiyanın mülki obyektlərə zərbələrini “terror aktı” adlandırır.