Almaniya “Gepard” özüyeriyən zenit-artilleriya qurğuları (hava hücumundan müdafiə) üçün sursatların tədarükü ilə bağlı problemi həll edib və artıq bu silah sursatlar Ukraynaya maneəsiz çatdırıla bilər.
Bu barədə “Der Spiegel” jurnalı məlumat yayıb. Almaniya hökuməti hələ yazda silahların tədürükünə söz versə də həmin qurğular üçün sursat çatışmazlığı bu işə mane olub. Almaniyada cəmi 60 min 35 mm-lik mərmi olub ki, bu da açıq şəkildə kifayət deyildi.
Belə sursatları istehsal edən İsveçrə üçüncü ölkələr tərəfindən bu sursatların Ukraynaya ötürülməsinə qarşıdır.
Məlumatda vurğulanır ki, tədarükçü Norveçdə tapıldığından Almaniya iyulda Ukraynaya təxminən 30 ədəd Gepard özüyeriyən zenit-artilleriya qurğusu çatdıra bilər.
Buna da bax: NYT: ABŞ Ukraynada Rusiyanın 18 filtrasiya düşərgəsini aşkarlayıbRusiya fevralın 24-də Ukraynaya hücum edib. Bu müddət ərzində ölkənin bir sıra şəhər və qəsəbələri dağıdılıb, minlərə adam həlak olub, milyonlarla insan ölkədən qaçqın düşüb.
Beynəlxalq aləm Rusiyanın bu addımını pisləyir və qoşunlarını Ukraynadan çıxarmağa çağırır.
Rəsmi Moskva isə qonşu Ukraynaya qarşı apardığı müharibəni "xüsusi hərbi əməliyyat" adlandırır. Bundan başqa "müharibə" sözündən istifadə edənlər, "müharibəyə yox" deyənlər, o cümlədən Rusiya müdafiə nazirliyinin rəsmi məlumatlarından fərqli xəbərlər verən fərdlər və KİV-lər cəzalandırılır.
Buna da bax: Lavrovla yemədilər, şəkil çəkdirmədilər, o da çıxıb getdi