Almaniyanlı müstəntiqlər Ukraynada törədilən müharibə cinayətlərini məhkəməyə çıxarır

Ukrayna, Buça, 2022

ABŞ-ın Müharibənin Tədqiqi İnstitutunun gündəlik hesabatında Rusiya qoşunlarının Ukraynanın şərqində-Kremennaya bölgəsində getdikcə daha intensiv hücum əməliyyatları apardığı bildirilir.

Məlumatda Kremennaya və Svatovo Ukrayna qüvvələrinin yaxınlaşdığı Luqansk vilayətində Rusiya müdafiəsinin dayaq nöqtələrindən olduğu və Rusiya qoşunlarının bu bölgədə təşəbbüsü ələ keçirməyə çalışdığı vurğulanır.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiya qoşunlarının qeyd olunan bölgədə, eləcə də digər istiqamətlərdə ağır itkilərlə irəlilədiyini, amma bu hücumların dəf edildiyini iddia edir.

Ukrayna prezidenti Volodimir Zelenski fevralın 3-də etdiyi çıxışında "...biz bacardığımız qədər mübarizə aparacağıq. Baxmutu öz qalamız hesab edirik" deyib.

Zelenski, Rusiyanın Donetskdə aylarla davam edən döyüşünün mərkəz nöqtəsi olan Baxmutla bağlı mesajını çatdırarkən, Avropa sanksiyalarının Rusiyanın hərbi potensialını bərpa edə bilməməsini təmin etməli olduğunu deyib.

Buna da bax: Rusiyanın hərbi cinayətlərinə dair ittihamlar araşdırılacaq

“Silah təchizatı sürətləndirilərsə, xüsusən də uzaq mənzilli silahlar, biz nəinki Baxmutu tərk etməyəcəyik, həm də işğalçıları Donbasdan çıxarmağa başlayacağıq” Ukrayna prezidenti deyib.

Bu arada Almaniya Rusiyanın Ukraynadakı hərbi cinayətlərinə dair çoxlu sübutlar topladığını bildirib.

Almaniyanın baş prokuroru Peter Frank "Welt am Sonntag" qəzetinə müsahibəsində sübutların “üç rəqəmdir” olduğunu deyib.

Baş prokurorun sözlərinə görə, hazırda müstəntiqlərin diqqəti Rusiya hərbçilərinin Kiyevətrafı Buçada törətdiyi qırğınlara və Rusiyanın Ukraynanın mülki infrastrukturuna endirilən zərbələrin öyrənilməsinə yönəlib.

Sizin brauzer HTML5-i dəstəkləmir

Buça sakini: Oğlumu əvvəlcə boynundan, sonra isə ürəyindən güllələyiblər

Almaniyalı müstəntiqlər 2022-ci ilin martında mümkün müharibə cinayətlərinə dair sübutlar toplamağa başlayıb.

Baş prokuror Almaniyada ya xarici tərəfdaşlarla, ya da beynəlxalq məhkəmədə mümkün məhkəmə hazırlıqlarından danışıb.

Onun sözlərinə görə, Rusiya dövlətinin rəhbərləri və onların qərarlarını ən yüksək hərbi səviyyədə həyata keçirənlər məsuliyyətə cəlb edilməlidir.