Birləşmiş Ştatlar Əl-Qaidə təşkilatının Türkiyədə yerləşən beş maliyyəçisini və səyahət üzrə işçisini sanksiya siyahısına salıb.
ABŞ Xəzinədarlığının sentyabrın 16-da bildirməsinə görə, həmin beş nəfər misirli və türkiyəlidirlər, Əl-Qaidənin Türkiyədəki əməliyyatlarına müxtəlif növ yardım göstəriblər.
Türkiyə Əl-Qaidənin Suriyadakı əməliyyatları üçün əsas mərkəz rolunu oyanır. Terrorçu qrupun Suriyanın şimal-qərbindəki Həyat Təhrir Əl-Şam üsyançı qanadı ilə əlaqələri var.
Sizin brauzer HTML5-i dəstəkləmir
Sanksiyaya düşənlər
Xəzinədarlığın məlumatına görə, misirli hüquqşünas Məcdi Səlim və digər Misir vətəndaşı Məhəmməd Nəsr əl-Din əl- Qəzlani Əl-Qaidənin maliyyə kuryerləri kimi fəaliyyət göstərib.
Üç türkiyəli – Cəbrayıl Güzel, Soner Gurleyen və Nurettin Müslihan isə Əl-Qaidənin Türkiyə və qonşu Suriyada fəaliyyətini asanlaşdırmaqda ittiham olunurlar.
Buna da bax: 'İslam Dövləti-Xorasan' çoxmu təhlükəlidir
“Bu hədəfli sanksiyalar Birləşmiş Ştatların Əl-Qaidənin maliyyə dəstəyini kəsmək öhdəliyini göstərir. Türkiyə daxil xarici tərəfdaşlarımızla birlikdə Əl-Qaidənin maliyyə dəstəyi şəbəkələrini üzə çıxararaq dağıtmağa davam edəcəyik”, – Xəzinədarlığın departament direktoru Andre Gaki deyib.
Sanksiyalara görə, həmin şəxslərin ABŞ yurisdiksiyasında istənilən aktivləri dondurulur, onlar ikinci dərəcəli sanksiyalar vasitəsilə qlobal maliyyə sistemindən çıxarılır.