Bu gün, oktyabrın 25-də Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA) yeni prezident seçilib.
AMEA-nın Ümumi yığıncağında Seçki Komissiyası yaradılıb və səsvermə keçirilib. AMEA-nın prezidenti vəzifəsinə akademik İsa Həbibbəylinin namizədliyi təsdiqlənib. İ.Həbibbəyli bu vəzifəyə yeganə namizəd olub.
Bundan əvvəl bu quruma rəhbərlik edən Ramiz Mehdiyev AMEA-nın prezidenti vəzifəsindən azad olunması ilə bağlı bu il fevralın 14-də ərizə yazmışdı. AMEA-nın prezidenti vəzifəsinin icrası müvəqqəti olaraq Akademiyanın birinci vitse-prezidenti Arif Həşimova həvalə olunmuşdu.
R.Mehdiyev AMEA prezidentliyindən öncə Azərbaycan Respublikası Prezident Administrasiyasina rəhbərlik edib.
73 yaşlı filoloq ( filologiya elmləri doktoru) İ.Həbibbəyli isə Azərbaycan Yazıçılar İttifaqı və hakim Yeni Azərbaycan Partiyasının (YAP) üzvüdür. Həmçinin, Naxçıvandan deputat seçilib.