Vaşinqton, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin həbsinə reaksiya verib. Bu barədə "Turan" İnformasiy Agentliyi məlumat yayıb.
"Biz Əli Əliyevin cinayət işi üzrə qərardan məyusuq", - Dövlət Departamentinin sözçüsü "Turan"a bildirib.
Agentliyin yazdığına görə, Departament sözçüsü Azərbaycanı beynəlxalq öhdəliklərə və ifadə azadlığı hörmət etməyə çağırıb.
“Biz Azərbaycan hökumətini beynəlxalq öhdəliklərinə, o cümlədən ifadə azadlığı hüququna hörmət etməyə çağırırıq”.
Əli Əliyev ötən ilin dekabrında sosial şəbəkələrdəki müsahibəsində Sərhəd Xidmətinin helikopterinin qəzasında sağ qalanlarla bağlı səsləndirdiyi fikirlərinə görə məhkəməyə verilib. Yanvarın 13-də böhtan ittihamı ilə 5 ay azadlıqdan məhrum edilib.
Bu hökm noyabrın 30-da Qaraheybət poliqonunda qəzaya uğramış helikopterdən sağ çıxan Dövlət Sərhəd Xidməti polkovniki Emil Cəfərovun xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında çıxarılıb.
Buna da bax: Əli Əliyev 5 ay azadlıqdan məhrum edilibMəhkəmə çəkişməsinə VİP sədrinin dekabrın 9-da Youtube platformasındakı “Osmanqızı” kanalında helikopter qəzasını şərh edərkən səsləndirdiyi fikirlər səbəb olub. O bildirib ki, qəzanın necə baş verməsi haqda müsahibə verən iki hərbçinin – polkovnik Emil Cəfərov və kapitan Ramin Ədilovun əslində, hadisə vaxtı helikopterdə olduğuna inanmır.
Adları çəkilən DSX zabitlərinin hər ikisi Əliyevin CM-in 147.1 maddəsi (böhtan) ilə təqsirli bilinib 6 ay azadlıqdan məhrum edilməsini istəyirdilər.