ABŞ Dövlət Departamenti İranın bir neçə şəhərində İRİB TV-2 kanalında yayımlanmış verilişə etiraz olaraq keçirilmiş nümayişlərə münasibət bildirib.
ABŞ Dövlət Departamenti İranın bir neçə şəhərində İRİB TV-2 kanalında yayımlanmış verilişə etiraz olaraq keçirilmiş nümayişlərə münasibət bildirib.
Bu barədə BBC-nin yaydığı məlumata görə, Dövlət Departamenti bildirib ki, “İran azərbaycanlıları hökumətə və cəmiyyətə yaxşı inteqrasiya olunublar, lakin onlar hökuməti özlərinə qarşı diskriminasiyada, Azərbaycan dilinin məktəblərdə tədrisinin qadağan edilməsində, azərbaycanlı fəalların qısnanmasında və Azərbaycan coğrafı adlarının dəyişdirilməsində ittiham edirlər”.
Azərbaycan qrupları həmçinin deyirlər ki, İranda mədəniyyət və dil hüquqlarının müdafiəsinə görə həbsxanaya salınmış siyasi məhbuslar var.
Hökumət onları “İran İslam Respublikasına qarşı qiyamda” ittiham edir.