Amerika Birləşmiş Ştatlarının (ABŞ) Maliyyə Nazirliyi Rusiya ordusuna "Şahed" kamikadze pilotsuz uçan aparatların tədarükü ilə bağlı altı İran vətəndaşına sanksiya tətbiq edib.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, söhbət ABŞ-ın sanksiyaları altında olan Qods Aviation Industries (QAİ) şirkətinin rəhbərlərindən gedir.
Buna da bax: Ukraynaya tank və PDM-lərin göndərilməsi Moskvanı narahat edirMəlumatda qeyd edilir ki, adı çəkilən şirkət Ukraynada istifadə üçün pilotsuz döyüş aparatlarının Rusiyaya təhvil verilməsində iştirak edib.
Sanksiya siyahısına şirkətin direktorlar şurasının sədri Seyid Höcətullah Qoreyşi də daxildir.
ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, İranın hərbi tədqiqat və təkmilləşdirmələrinə rəhbərlik edən Qoreyşi İran pilotsuz aparatlarının tədarükü üçün Rusiya ilə danışıqlarda cavabdeh şəxs olub.
Sanksiyalar siyahısında həmçinin şirkətin direktoru Hassem Damavandyan da var. Məlumata görə, o, kamikadze aparatları ilə bağlı Rusiya hərbçilərinin təlimi prosesinə nəzarət edib.
Buna da bax: Kotlet resepti videosundan sonra saxlanan aşpaz zaminə buraxılıbSanksiya siyahısında İranın Aerokosmik Sənaye Təşkilatının direktoru Nader Xun Siavşın da adı yer alıb.
Kiyev Moskvanı mülki hədəflərə hücum etmək üçün İran pilotsuz aparatlarından istifadədə ittiham edir.
Rusiya bu ittihamları qəbul etmir. Avqustun sonunda "The Washington Post" qəzeti İranın ilk pilotsuz döyüş aparatlarının Ukraynadakı müharibədə istifadə olunmaq üçün Rusiyaya çatdırıldığını yazıb.
Buna da bax: İndeks: Ukrayna ordusu İsraili keçdi, Azərbaycan 63-dən 57-yə qalxdıİran hakimiyyəti Rusiyaya dronların çatdırılmasını əvvəlcə təkzib edib, amma sonradan bunun Ukraynada müharibə başlamazdan əvvəl göndərildiyini bildirib.
Rusiya Ukraynaya ötən il fevralın 14-də hücum edib.