Ukraynada hərbi əməliyyatların səngiməsi yaxın aylarda da davam edəcək.
ABŞ Milli Kəşfiyyatın direktoru Avril Haynes (Avril Dannica Haines) bunu dekabrın 3-də Kaliforniyada keçirilən Reyqan Milli Müdafiə Fondundakı çıxışı zamanı səsləndirib.
Eyni zamanda, o qeyd edib ki, ölkənin enerji sisteminə və qış üçün vacib olan digər infrastrukturlara hücumlara baxmayaraq, Ukrayna qüvvələrinin müqavimət göstərmək istəyinin zəifləməsi əlamətləri görünmür.
Buna da bax: Sülhməramlıların komandanı: 'Biz 'Ağdərə' yazırıq'Haynsin sözlərinə görə, prezident Vladimir Putin Ukraynada Rusiya ordusunun bundan artığını əldə etməməsinə təəccüblənib.
"Mən düşünürəm ki, o, getdikcə rus ordusunun problemlərindən xəbərdar olur. Lakin onun indiki mərhələdə vəziyyətin nə qədər çətin olduğu barədə tam təsəvvürünün olub-olmaması bizə hələ də aydın deyil. Biz silah-sursat, mənəvi-psixoloji çatışmazlıq, təchizat, logistika problemləri görürük”, – "Reuters" Avril Haynesın çıxışından sitat gətirir.
Haynes həmçinin Putinin Ukraynadakı siyasi məqsədlərinin dəyişmədiyini deyib. Amma ABŞ kəşfiyyatının analitikləri hesab edirlər ki, mümkündür ki, Putin Ukraynandakı qısamüddətli hərbi məqsədlərini azaltmaq istəyə bilər- amma o, bu fikrə daha gec qayıda bilər".
Buna da bax: Laçın dəhlizinin bağlanıb, açıldığı bildirilir-Ekologiya nazirliyinin əməkdaşları Xocalıda olubABŞ kəşfiyyatının rəhbəri hesab edir ki, Moskvanın hərbi ehtiyatları kifayət qədər tez tükənir və bu, “olduqca qeyri-adi”dir. "Onlar indiki mərhələdə xərclədiklərini təkbaşına istehsal etmək iqtidarında deyillər", - Haynes əlavə edib.
Dekabrın 3-də elə həmin forumda çıxış edən ABŞ-ın müdafiə naziri Lloyd Austin (Lloyd James Austin) Rusiyanı Ukraynadakı müharibə zamanı “qəsdən qəddarlıqda” ittiham edərək, Moskvanın məqsədyönlü şəkildə mülki əhalini və mülki infrastrukturu hədəf aldığını vurğulayıb.
“Rusiya qəsdən qəddarlıqla mülki şəxsləri və mülki obyektləri hədəfə alır”, - Austin bildirib.
Buna da bax: Medvedçukun saxlanmış yaxtasını satıb pulunu Ukraynaya verəcəklərOnun sözlərinə görə, Rusiyanın hücumları nəticəsində uşaqlar ölür, məktəblər və xəstəxanalar dağılır.
Pentaqonun Ukraynadakı münaqişənin ABŞ-ın Rusiya ilə müharibəsinə çevrilməsindən narahatlığını dilə gətirən Austin əlavə edib ki, "biz Putinin müharibəsinə cəlb edilməyəcəyik".