ABŞ prezidenti Co Bayden Ukrayna ətrafındakı vəziyyətlə bağlı fevralın 20-də Milli Təhlükəsizlik Şurasının iclasını toplayır.
Ağ Evin mətbuat xidmətinin yaydığı açıqlamada bildirlir ki, prezident Bayden Ukrayna ərtafında baş verənləri izləməkdə davam edir və onun milli təhlükəsizlik komandası tərəfindən yerlərdə baş verən hadisələrlə bağlı məlumatlar mütəmadi yenilənir. Onlar bir daha təsdiq edirlər ki, Rusiya istənilən vaxt Ukraynaya qarşı hücuma keçə bilər.
Məlumatda həmçinin deyilir ki, Bayden Münhendə keçirilən Təhlükəszilik Konfransında ABŞ-ın vitse-prezidenti Kamala Harrisin Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ukrayna prezidenti Vladimir Zelenski, NATO-nun baş katibi Yens Stoltenberq, Almaniya kansleri, Baltik ölkələrinin liderləri və başqaları ilə görüşləri barədə məlumatlandırılıb.
Buna da bax: Bayden əmindir ki, Putin artıq hücum qərarını qəbul edibZelenski ilə görüşdə ABŞ-ın vitse-prezidenti Kamala Harris Ukrayna ilə bağlı münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olduğunu bildirib və hücum olacağı təqdirdə Moskvaya məhdudiyyətlərin qoyulmasını dəstəkləyib.
Bayden daha əvvəl bildirmişdi ki, onun məlumatına görə, Rusiya prezidenti Vladimir Putin artıq Ukrayna ilə genişmiqyaslı müharibəyə başlamaq qərarına gəlib. ABŞ prezidentinin sözlərinə görə, işğal zamanı Ukraynanın paytaxtı Kiyevə hücum ola bilər.
Moskva Ukraynaya hücum hazırlamaqla bağlı bütün ittihamları rədd edir.
ABŞ rəsmiləri və onların müttəfiqləri bir neçə dəfə bildiriblər ki, Rusiya genişmiqyaslı işğala başlayarsa, yeni sərt sanksiyalar paketi ilə üzləşəcək. Ötən ilin dekabrında bu fonda Rusiya ABŞ və NATO qarşısında bir sıra tələblər irəli sürüb - xüsusən də NATO-nun şərqə doğru genişlənməsindən, orta və qısa mənzilli raketlərin və ABŞ nüvə silahlarının Avropada yerləşdirilməsindən imtina etmək.
Hərbi birlik bəzi tələbləri qeyri-real adlandırıb. Yanvarda aparılan danışıqlar nəticəsiz bitib. Tərəflər müzakirəni davam etdirmək barədə razılığa gəliblər.
Makran əvvəlcə Putinlə, sonra da Zelenski ilə danışıb
Gərginliyin artması fonunda yanvarın 20-də Fransa prezidenti rusiyalı həmkarı Putinlə Ukrayna ətrafında yaranan gərginliyi müzakirə ediblər.
Telefon danışığı bir saat 45 dəqiqə davam edib. Bu barədə KİV Yelisey Sarayının mesajına istinadən xəbər verir. Makron Putinlə söhbətindən sonra Ukrayna prezidenti Vladimir Zelenski ilə danışıb.
Paris bildirir ki, Putin və Makron arasında danışıqlar Rusiya ilə Ukrayna arasında münaqişənin qarşısını almaq üçün son mümkün cəhd kimi qiymətləndirilir. Digər təfərrüatlar hələlik açıqlanmayıb.
Buna da bax: 'Böyük yeddilik' Rusiyanı öz qoşunlarını Ukrayna sərhəddindən geri çəkməyə çağırırBu, qərb liderlərinin Ukrayna yaxınlığında on minlərlə hərbçi yerləşdirən Rusiyanın qonşusuna qarşı tamhüquqlu hücum planlaşdırdığını dediyi vaxta təsadüf edir. Moskva deyir ki, onun heç bir müdaxilə planı yoxdur. Bu arada, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) monitorinq missiyası son günlər Ukraynanın şərqində Ukrayna hərbçiləri ilə Rusiyanın dəstəklədiyi separatçılar arasında qeyri-sabit cəbhə xəttində atəşkəs rejiminin pozulmasının “dramatik artdığını” bildirib.
ATƏT-in fevralın 19-da açıqladığı məlumatda bildirilir ki, yalnız bir gündə Donetsk və Luqansk vilayətlərində atəşkəs 1500 də pozulub.
Ukrayna hərbçilərinin verdiyi məlumata görə, fevralın 20-də atəşkəs pozuntusu davam edib.
Buna da bax: Zelenski: Ukrayna diplomatik yolla getməyə davam edəcək