Biden administrasiyası Özbəkistana sığınan bir qrup əfqan hərbi pilotlarının ABŞ hərbi bazasına köçürülməsi ilə bağlı Daşkəndlə razılığa gəlib.
Bu barədə Wall Street Journal məlumat yayıb. Jurnal xəbər verir ki, Əfqanıstnı ələ keçirən Taliban Özbəkistana pilotları və onların texnikasını Kabula təhvil vermələri üçün təzyiq göstərir.
Həmin pilotlar Talibandan qorunmaq üçün ötən ay ailələri ilə Əfqanıstan hərbi təyyarələri ilə Özbəkistana uçublar.
ABŞ pilotların ölkələrinə qaytarılacağı təqdirdə öldürülə biləcəyindən qorxur.
Qəzet yazır ki, hərbi pilotlar vaxtilə Talibana qarşı havadan zərbələr endirdiyindən onların haqqında daha ciddi tədbirlərin görülə biləcəyi ehtimalları yüksəkdir.
Məlumata görə, qonşu ölkə ilə münasibətlərin gərginləşməməsi üçün Özbəkistan ABŞ-dan problemi tez bir zamanda həll etməsini istəyib.
Qəzetin yazdığına görə, pilotlar və ailələri - ümumilikdə 585 nəfər - bu həftə sonu Qətərin Doha şəhərindəki ABŞ hərbi bazasına aparılacaq.