Vaşinqton Kiyevə daha 375 milyon dollarlıq hərbi yardım paketi vermək niyyətindədir. Bunu ABŞ prezidenti Co Bayden G7-nin Xirosimada keçirilən sammitində deyib.
Yardım paketinə əsasən artilleriya, sursat, HIMARS raket sistemləri, hərbi texnika və o cümlədən Ukrayna hərbçilərinin təlimi də daxildir.
G7 ölkələrinin liderlərinin Xirosimada keçirilən görüşündə Ukrayna prezidenti Volodimir Zelenski də iştirak edir. Mayın 21-də onun ABŞ prezidenti Co Baydenlə görüşü olub.
Buna da bax: Bayden Ukraynaya F-16 qırıcıları verilməsinə yaşıl işıq yandırdıBayden Zelenskini əmin edib ki, ABŞ müharibə edən Ukraynaya dəstək vermək üçün əlindən gələni edir və bu davam edəcək.
Ukraynada “ədalətli sülh”ə səy göstərildiyini deyən ABŞ prezidenti onun ərazi bütövlüyü və suverenliyi məsələsinin “müzakirə predmeti olmadığını” vurğulayıb.
Zelenskinin Yaponiyaya getməsindən bir gün əvvəl G7 ölkələrinin liderləri Rusiyanı Ukraynaya təcavüz pisləyiblər, qoşunlarını Ukrayna ərazisindən çıxarmağa çağırıblar, həmçinin Kiyevə yardım göstərməyə davam edəcəklərini bir daha bəyan ediblər.
Qərbin Ukraynaya yardımı ilə bağlı müzakirə olunan əsas mövzu qırıcı təyyarələrin tədarükü məsələsidir.
Associated Press və CNN-nin öz mənbələrinə istinadən cümə günü xəbər veriblər ki, ABŞ prezidenti Co Bayden ukraynalı pilotların Amerika F-16 qırıcılarında təlim keçməsini təsdiqləmək niyyətindədir. KİV-in məlumatına görə, Avropada keçirilməsi planlaşdırılan pilot təlimləri yaxın həftələrdə başlaya bilər.
Buna da bax: Ermənistan şirkəti ABŞ-ın sanksiya siyahısına düşübBundan əlavə, mənbələr CNN-ə bildiriblər ki, Ağ Ev üçüncü ölkələrin ABŞ F-16-larının Ukraynaya verilməsinə də etiraz etməyəcək.
Kiyevə görə, havada Rusiyaya qarşı dayanmaq üçün 180-ə yaxın müasir qırıcı təyyarə lazımdır. O da bildirilir ki, Kiyevə nə vaxt, haradan və neçə qırıcı təhvil veriləcəyini Bayden pilotların təlimi başlayandan sonra açıqlamaq niyyətindədir.