Ankarada partlayış, azı 28 ölən var - [Video]

Türkiyə paytaxtı Ankarada axşamın izdihamlı çağında törədilmiş güclü partlayışda azı 28 nəfərin öldüyü, 60 nəfərin yaralandığı xəbər verilir.

Rəsmilər avtomobildə törədilmiş partlayışın hərbçiləri hədəflədiyini təsdiq ediblər. Partlayış Ankaranın mərkəzində, parlament binası və baş hərbi qərargahının yaxınlığında törədilib.

Partlayış şəhərin mərkəzi hissəsində yanğın törədib

Ankara valisi Mehmet Kılıçer deyib ki, partlayış yaxınlıqdan keçən hərbi maşın karvanını hədəfləyib.

Ordu qərargahının rəsmilərindən birinin məlumatına görə, partlayış hərbi maşın karvanı qırmızı işıqda dayanarkən onların yanındakı avtomobildən törədilib.

Prezident Recep Tayyip Erdoğan deyib ki, bu basqın Türkiyənin üsyançılara qarşı qətiyyətini daha da artıracaq.

Şahidlər deyirlər ki, partlayışın səsi şəhərin ucqar hissələrində də eşidilib.

Televiziya xəbərlərində ətrafda başlanmış güclü yanğın görüntülənib.

“Göstərmək” qadağan olunub

Xəbər verilir ki, Türkiyənin baş naziri Ahmet Davutoğlu Brüsselə səfərini ləğv edib. O, təhlükəsizlik iclasında iştirak etməli idi.

Ahmetoğlu bildirib ki, hökumət partlayış barədə ixtiyarında olan informasiyaları araşdırır.

Partlayış üçün hələlik heç bir qrup məsuliyyəti öz üzərinə götürməyib. Buna baxmayaraq təhlükəsizlik xidmətləri ilkin əlamətlərin PKK izini göstərdiyini söyləyib.

Türkiyə son 18 ayda bir neçə terror aktının hədəfi olub. Haklimiyyət bundan əvvəl baş vermis aktların İŞİD tərəfindən törədildiyini bildirmişdi.

Türkiyə polisi ətrafı bağlayıb və Türkiyə yayın idarəsi hadisəyə aid videoların göstərilməsini qadağan edib.

Yerli media xəbərlərində deyilir ki, Daxili İşlər Nazirliyinin qarşısında tapılmış başqa bir “şübhəli bağlama” məhv edilib.

Qərb mətbuatı basqının Türkiyə üçün mürəkkəb vaxta tədadüf etdiyini vurğulayır. Ankara hazırda ölkənin cənub-şərqində PKK qüvvələrinə qarşı silahlı mübarizə aparır.

17 fevral partlayışı (Youtube)

___________________________________________________________

Bunlara da bax:

___________________________________________________________