Türkiyənin martın 1-dən ABŞ və Avropa İttifaqı sanksiyaları altında olan malların Rusiyaya tranzitini dayandırdığı bildirilir.
Bu barədə “Bloomberg” Türkiyənin yüksək səviyyəli rəsmisinə istinadən məlumat yayıb.
Buna da bax: Rusiya Ukraynada əlinə keçən Qərb silahlarını niyə İrana göndərir?Məlumatda vurğulanır ki, Türkiyə hökumətinin belə bir qərar qəbul etməsi Vaşinqtonun təzyiqlərindən sonra mümkün olub.
Agentliyə görə, Türkiyə keçən il Rusiya üçün əsas malların təkrar ixracatçılarından birinə çevrilib. Beləki 2021-ci ildə ticarət dövriyyəsi 6 milyard dollara yaxın olubsa sonradan bu doqquz milyard dolları ötüb.
Türkiyənini Rusiyaya sanksiya tətbiq olunan malların tranzitini əngəlləməsi faktını martın 9-da “Kommersant-FM” logistika şirkətlərinin nümayəndələrinə istinadən yayıb.
Nəşrin həmsöhbətləri tranzitin dayandırılmasını ABŞ dövlət katibi Entoni Blinkenin Türkiyəyə son səfəri ilə əlaqələndiriblər.
Buna da bax: Marqarita Simonyan Tbilisini zərbə ilə hədələyirSəfərdən əvvəl ekspertlər Vaşinqtonun Türkiyənin Moskva ilə yaxın münasibətindən narahat olduğunu qeyd ediblər.
Rusiya 2022-ci ilin fevralında Ukraynaya hərbi təcavüz edib. Hələ də davam edən işğala görə, Avropa İttifaqı və ABŞ Moskvaya qarşı çoxsaylı sanksiyalar tətbiq edib.