"Sabah, sentyabrin 1-də mən Artsax (Qarabağ) xalqına və parlamentinə respublika prezidenti vəzifəsindən istefa məktubu təqdim edəcəyəm". Qarabağ separatçılarının lideri Araik Arutyunyan bu barədə özünün Facebook səhifəsində yazıb.
Onun sözlərinə görə, istefa qərarını son həftələrdə daxili və xarici oyunçular, geniş ictimaiyyətlə qarşılıqlı əlaqələr əsasında iki gün əvvəl qəbul edib.
"Bu, məndə olan məlumatlara və təhlillərin nəticələrinə əsaslanaraq yalnız tərəfimdən verilən balanslaşdırılmış qərardır", - Arutyunyan yazıb.
A.Arutyunyanın "Dağlıq Qarabağın prezidenti" vəzifəsinə 2020-ci il aprelin 14-də seçildiyi açıqlanıb. Bundan əvvəl o, separatçı qurumun "dövlət naziri" vəzifəsində çalışıb.
Harutyunyanın bugünkü fərmanı ilə tanınmayan qurumun "Təhlükəsizlik Şurasının katibi" Samvel Şahramanyan "dövlət naziri" təyin edilib.