Dekabrın 18-də Qətərdə keçirilən futbol üzrə XXII dünya çempionatında qalib bəlli olub.
Bu Argentina yığma komandasıdır. Finalda ikiqat dünya çempionları-– Argentina və Fransa üz-üzə gəlib.
Oyunun birinci hissəsi Cənubi Amerika təmsilçisinin 2:0 hesabı ilə başa çatıb.
Buna da bax: Avropa Parlamentində korrupsiya qalmaqalı. Aysberqin ucu?Messi (penalti) və Di Mariyanın qolları ilə onlar paltardəyişmə otağına qalib yollanıb. Gərgin keçən ikinci hissədə fransızlar təslim olmaq fikrində olmadıqlarını nümayiş etdirib.
Onlardan oyunu Mbappe üzərinə götürüb.
İki gündən sonra 24 yaşını qeyd edəcək hücumçu 80 (penalti) və 82-ci dəqqiələrdə vurduğu qollarla komandasını əsas vaxtda məğlubiyyətdən xilas edib. Bundan sonra matçda əlavə vaxt oynanılıb.
Messi 109-cu dəqiqədə özünün 2-ci, komandasının 3-cü qoluna imza ataraq Argentina yaığmasını yenidən ümidləndirib. Amma Fransa yığmasının hücumçusu Mbapp 118-cı dəqiqədə (penalti) het-triki ilə hesabı bərabərləşdirib.
Əlavə vaxtda da qalib bəlli olmayıb, qarşılaşma 3:3 hesabı ilə başa çatıb.
Buna da bax: Qətər Dünya kubokuna görə ‘400-500 arası’ fəhlənin öldüyünü deyirQalib penaltilərlə müəyyən edilib və penaltilər seriyasında daha dəqiq oynayan Argentina 3-cü dəfə dünya çempionu adını qazanıb.
XXII dünya çempionatında final mərhələsinin ilk oyunu noyabrın 20-də başlayıb. Seçmə mərhələdən gələn 32 komanda əvvəlcə qruplarda, daha sonra tək oyunlar sistemi ilə mübarizələrini davam etdiriblər.
Futbol üzrə dünya çempionatlarının final mərhələləri dörd ildən bir keçirilir.
Bu vaxta qədər keçirilən futbol üzrə dünya çempionatlarında Braziliya 5, İtliya ilə Almaniya 4, Fransa, Argentina, habelə Uruqvay 2, İspaniya və İngiltərə isə 1 dəfə qalib olublar. Bu çempionatda hamıdan çox qolu isə Farnsa yığmasının hücumçusu Mbappe vurub.O çempionat boyu düz 8 dəfə fərqlənib.