Rusiya 200 milyon dollarlıq kredit şərçivəsində Ermənistana silah satışına başlayıb.
Bunu AzadlıqRadiosunun erməni xidmətinə Rusiyanın Yerevandakı səfiri İvan Volınkin deyib.
Ölkəsinin Ermənistana verdiyi “İsgəndər” raket kompleksi ilə bağlı məsələni şərh edən səfir söyləyib ki, bu fakt Rusiya-Ermənistan müttəfiqliyinin xarakterini göstərir.
Buna da bax: Ermənistanın müdafiə naziri 'Lazım gəlsə' deyir...
İvan Volıkin “İsgəndər”-in satışının əldə olunmuş razılaşmaya uyğun aparıldığını və bunun Rusiya ilə Ermənistan arasında “müttəfiqlik və qardaşlıq” anlamına gəldiyini deyib.
“Plana uyğun olaraq həyata keçirilən, müqavilə öhdəlikləri imzalanıb. Artıq hər şey "plana uyğun olaraq gedir” deyə səfir bildirib.
Buna da bax: Deputat: ‘Dörd dənə 'İskander' bizi vahiməyə salmamalıdır’
20015-ci ildə iki ölkə arasında imzalanan sazişə görə, Rusiya Ermənistana ondan silah alması üçün 200 milyon dollarlıq kredit verəcək.
Ermənistanın öyündüyü "İskander" raketi hansı hədəfləri vura bilər?
Sizin brauzer HTML5-i dəstəkləmir