Avropa Birliyininrəsmiləri yanvarın 31-də Azərbaycana gəlir.
AB-nin Avropa Xarici Siyasət Xidmətinin "Şərq Tərəfdaşlığı" ölkələri ilə ikitərəfli əlaqələr departamentinin rəhbəri Dirk Şubelə istinadən xəbər yayan APA bildirir ki, avropalı qonaqların Bakıda yüksək səviyyəli görüşləri nəzərdə tutulur:
"Onlar Azərbaycana əməkdaşlıq prioritetləri sənədinin layihəsini təqdim edəcəklər. Bu kimi sənəd assosiasiya sazişi olmayan ölkələr üçün tərtib edilir. Sənəd Azərbaycanla növbəti 3 il üçün əməkdaşlıq prioritetlərini müəyyənləşdirir. Sənəddə bir sıra məsələlərlə yanaşı, Dağlıq Qarabağ münaqişəsinə dair məsələlər də əksini tapacaq".
Azərbaycana səfər edəcək Avropa Birliyinin qonşuluq siyasəti və genişlənmə danışıqları üzrə idarəsinin baş direktoru Kriatian Danielson və Avropa Xarici Siyasət Xidmətinin Şərqi Avropa və Mərkəzi Asiya üzrə İdarəsinin icraçı direktoru Tomas Mayr-Harting-in ictimaiyyətin təmsilçiləri ilə də görüşüb-görüşməyəcəyi bəlli deyil.
Azərbaycan daha 5 keçmiş post-sovet ölkəsi olan Belorus, Gürcüstan, Ukrayna, Moldova və Ermənistanla birgə 2004-cü ildən Avropa Birliyinin “Şərq Tərəfdaşlığı” Proqramı-nın üzvüdür. 2014-cü ildə bu ölkələrdən Gürcüstan, Moldova və Ukrayna Aİ ilə Assoosiativ üzvlüyə dair saziş imzalayıblar. Azərbaycan isə daha yüksək Aİ ilə daha yüksək səviyyəli strateji əməkdaşlıq barədə sənəd hazlranmasını təklif edərək assosiativ üzvlükdən imtina edib.
Ekspertlər isə rəsmi Bakının bu addımını avroatlantika kursundan imtina etməsi kimi dəyərləndirmişdilər.