Avropa İttifaqı (Aİ) Ukraynadakı müharibəyə və Qərbin Moskvaya qarşı sərt sanksiyalarına baxmayaraq, Türkiyənin Rusiya ilə yaxın tərəfdaşlığını davam etdirməsindən narahatdır.
Buna da bax: ABŞ-ın yeni müdafiə büdcəsi Türkiyəyə F-16-ların satışına yol açır?Dekabrın 11-də Almaniya mətbuatının yazdığına görə, Aİ-nin xarici siyasət rəhbəri Josep Borrellin Aİ Parlamentinə yazdığı məktubda Türkiyə ilə Rusiya arasında dərinləşən iqtisadi əlaqələrin “böyük narahatlıq doğurduğunu” bildirib.
DPA-nın yazdığına görə, məktubda Türkiyənin “Aİ-nin Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirlərinə qoşulmamaq” siyasətini davam etdirməsi də narahatlıq doğurur.
Borrell xəbərdarlıq edib ki, Türkiyənin Rusiyaya sanksiyalarla bağlı heç bir çıxış yolu təklif etməməsi vacibdir.
Buna da bax: Dünyada silah satışı. Türkiyə, İsrail şirkətlərinin gəliri artıbRusiyanın Ukraynaya təcavüzündən sonra Türkiyə bir-neçə dəfə müharibənin dayandırılması təşbbüsü ilə çıxış edib.
Bu məqsədlə Ukrayna -Rusiya nümayəndə heyətlərinin Türkiyədə görüşü keçirilib. Bundan başqa Türkiyə Ukrayna taxılının ölkə limanlarından çıxarılamsına yardım edib.