“AZAL-da biletləri bahalandırmağı düşünmürlər”.
Azərbaycan Hava Yolları QSC-nin (AZAL) mətbuat katibi Paşa Kəsəmənski belə deyib.
O, bildirib ki, ölkə daxilində aviareyslərin qiymətinə yenidən baxılması barədə təklif yoxdur.
Buna da bax: AZAL zərərdən çıxa bilmir, daha çox qazansa belə...
“Ölkə daxilində biletlərin qiymətini TŞ tənzimləyir. AZAL beynəlxalq reyslərdə biletlərin qiymətini özü müəyyən edir. AZAL hər il Bakı-Naxçıvan-Bakı reysi üzrə ziyanı kompensasiya etmək üçün dövlət büdcəsindən 10 mln. manat dotasiya alır”, o, bildirib.
Tarif Şurası (TŞ) noyabrın 28-də reaktiv mühərrik yanacağının topdan satış qiymətinin artırılması barədə qərar qəbul edib. Qərar dekabrın 1-dən qüvvəyə minir.
Buna da bax: British Airways Tehrana üçür, AZAL-ın bazarı daralır
Mövcud tariflər 2015-ci ilin yanvarında qəbul edilib.
Bu neft məhsulunun topdan satış qiyməti dekabrın 1-dən 1 tona görə 550 manat olacaq. Qiymət 100 manatdan çox bahalaşıb.
TŞ-nin qərarında qeyd edilir ki, reaktiv mühərrik yanacağının topdan qiymətinin artırılmasının təşəbbüsçüsü SOCAR-dır. Bu neft məhsulunun əsas istehlakçısı Azərbaycan hava Yolları QSC-dir.