"Fitch" beynəlxalq reytinq agentliyi 2017-ci ildə Azərbaycanda büdcə kəsirinin ÜDM-in 8,4 faizinə qədər yüksələcəyini ehtimal edir. Bununla yanaşı, Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) bank sektorunun maliyyələşməsinin həcminin isə ÜDM-in 12 faizinəçatacağı gözlənir. "Report" bu xəbəri "Fitch"in hesabatına istinadən yayıb.
Xəbərdə deyilir ki, cari ildə neft gəlirlərinin yüksəlməsi fonunda büdcənin mənfi saldosunun yaxşılaşacağı proqnozlaşdırılır.
Agentlik hesab edir ki, Azərbaycanın dövlət maliyyəsi onunla eyni kateqoriyada olan "BB" reytinqli ölkələrlə müqayisədə daha güclüdür və 2016-cı ildə gözlənilmədən müsbət tərəfə yönəlib.
Neft gəlirlərinin kəskin azalmasına baxmayaraq, Azərbaycanın konsolidə olunmuş büdcəsinin kəsiri ÜDM-in cəmi 1,2 faizini təşkil edib. Bu da "BB" kateqoriyasında olan ölkələrin orta göstəricisindən (3,3%) və "Fitch"in müvafiq proqnozundan (7,3%) xeyli aşağıdır. Buna səbəb kimi hökumətin kapital xərclərini 41 faiz azaltması amili göstərilir.
Buna da bax: "Kapitalbank" Əliyevlərə verildi, bəs Beynəlxalq Bank?
“Beynəlxaql Bank hələ“sağlamlaşmayıb”
Manatın ikinci dəfə devalvasiyaya uğraması və iqtisadi geriləmə Azərbaycanın bank sektorunu daha da zəiflədib. APA-nın xəbərinə görə, bu barədə "Fitch" beynəlxalq reytinq agentliyi məlumat yayıb.
Azərbaycan Beynəlxalq Bankı ASC-nin (ABB) sağlamlaşdırılmasına toxunan "Fitch" bildirir ki, 2016-cı ildə bu proses başa çatdırılmayıb. Agentliyin məlumatına əsasən, ABB-nin kredit portfelində qeyri-işlək (problemli) kreditlərin payı 21 faiz təşkil edir.
Xəbərdə deyilir ki, "Fitch" bu rəqəmin kiçildildiyini istisna etmir.
Agentliyin mütəxəssisləri hesab edir ki, bank sektorunun dəstəyə ehtiyacı var.
2016-cı ilin yanvar-sentyabr aylarında Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatası ölkənin 10 bankının lisenziyasını ləğv edib.
Beynəlxalq Bankda maliyyə problemi 2015-cildə birinci devalvasiyadan sonra üzə çıxıb. Bunun nəticəsində kreditorlara kreditləri qaytarması üçün təzyiqlər başlanıb.
Buna da bax: Beynəlxalq Bankın problemli aktivlərindən bir xəbər yoxdur
2015-ci ilin sonuna yaxın bankın rəhbəri Cahangir Hacıyev və bankın bir qrup rəhbər şəxsi həbs edilib, ötən ilin sentyabrında isə C.Hacıyev 15 il, qalan şəxslər isə 8-11 il arasında azadlıqdan məhrum olunublar.
Bundan sonra, Azərbaycan hökuməti səviyyəsində ABB-ın sğlamlaşdırılması tədbirlərinə strat verilib.