“Report” xəbər verir ki, Türkiyənin Qars vilayətindən olan 56 yaşlı Aydın Cisim adlı şəxs Azərbaycanın Astara Gömrük Nəzarət Məntəqəsində vəfat edib.
O, keçid məntəqəsindən İrana keçərkən qəfil halı pisləşib. Bu zaman həyat yoldaşı da yanında olub. Lakin ona kömək etmək mümkün olmayıb. Nəticədə Aydın Cisim vəfat edib.
Buna da bax: Astara gömrük keçid məntəqəsində basa-bas
Azərbaycanın Astara Gömrük Nəzarət Məntəqəsində hər zaman adam sıxlığı, basabas müşahidə olunur.
Olaya basabasdan yaranan narahatçılığın səbəb olub-olmadığı barədə məlumat verilmir.
Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır.