Aydın Mirzəzadə: 'Müxalifət hökumətə alternativ proqram təklif etmir'

Aydın Mirzəzadə 03 fevral 2009

“Qaz və işığın qiymətində artım məcburiyyətdən və vaxtında atılmış addımdır. Bu artım olmasaydı, iqtisadi vəziyyət daha da pisləşər, manatın devalvasiyası güclənər, sosial vəziyyət ağırlaşardı”.

Azvision.az saytı Yeni Azərbaycan Partiyasından seçilən deputat Aydın Mirzəzadə-nin Tarif Şurasının qaz və işığın qiyməti ilə bağlı qərarı ilə bağlı fikirlərini yayıb.

Millət vəkilinin sözlərinə görə, dünyanın bütün ölkələrində situasiyaya görə qiymətlər tənzimlənir.
A.Mirzəzadə müxalifət təmsilçilərinin Tarif Şurasınınqərarı ilə bağlı mövqeyini tənqid edib. Bildirib ki,müxalifət qiymət artımının alternativi kimi ortayaproqram qoymur və bu məsələdən sui-istifadə edir:

“Onların hökumətə təklifləri yoxdur. Müxalifətininsanları meydanlara yığmaq cəhdi özünün varlığınıyada salmaq və yaranmış situasiyadan siyasi xalqazanmaqdan başqa bir şey deyil”.


A.Mirzəzadə hesab edir ki,əvvəllər olduğu kimimüxalifət mitinq keçirmək barədə qərar versə, buçağırışa dəstək verən olmayacaq.

İlham Əliyev, 11 dekabr 2015

İlham Əliyev: “Yaxşı yaşayanın daha çox kommunal xərcləri olmalıdır”

Eyni adlı məqaləni yayan fins.az yazır ki, ölkə başçısı İlham Əliyev Zərdabda 2016-cı ilin Azərbaycan üçün ağır keçdiyini bildirib:

“Yeni iş yerlərinin yaradılması istiqamətində çox ciddi tədbirlər görülür. Bu gün bütün bölgələrimizdə çox böyük canlanma gedir. İnsanlar kənd təsərrüfatı ilə çox həvəslə məşğul olurlar, dövlət öz dəstəyini göstərir, subsidiyalar, güzəştli şərtlərlə gübrələr, yanacaq, texnika verilir. Yəni, hər şey etməyə çalışırıq ki, insanlar daha da rahat yaşasınlar və dünya böhranının mənfi təsirindən özlərini qoruya bilsinlər”, prezident deyib.

İlham Əliyev əlavə edib ki, onların atdığı addımlar sosial xarakter daşıyır və sosial ədaləti tərənnüm edir:

“Çünki yaxşı yaşayan dövlətə daha çox töhfə verməlidir, daha çox vergi ödəməlidir, daha çox kommunal xərcləri olmalıdır. Ancaq aztəminatlı təbəqə, orta təbəqə dövlət tərəfindən qorunmalıdır və qorunur. Bu, sosial ədalət prinsipidir”.

İqtisadçı elektrik enerjisinə qənaət yolları barədə məsləhət verir

“Tarif Şurasının son qərarından artan xərcləri necə qarşılamaq qayğısıhamını düşünməyə məcbur edir.Buşəraitdə Azərbaycan istehlakçılarıqənaət mədəniyyətininformalaşmasına çalışmalıdırlar”.

Foto: arxiv

“Bizim yol” qəzeti yazır ki, iqtisadçı alim Qubad İbadoğlu əhaliyə qənaət yollarını göstərib:

“İşıqlanmada 100, 75, 60 və 40 Vattlıq gözərmə lampalarını 25 Vt və daha aşağı vattlıqLED (diod) lampaları əvəz edin. Bilinki, lampaların dəyişdirilməsinə bir dəfəvəsait qoymaqla sərf olunan elektrik enerjisinin 80 faizə qədər qənaət etmək olar. Mütəxəssislərin fikrincə, enerjiyə qənaət edən və ekoloji baxımdan təhlükəsiz olan müasir işıqlandırma vasitələrinin tətbiqi və istifadəsi zərərli maddələrin, o cümlədən karbon-dioksid qazı tullantılarının faizinin azalmasınagətirib çıxarır. Deməli, bu dəyişiklikhəm ailə büdcəsi , həm dəailə üzvlərinin saglamlığı üçün sərfəli vəfaydalıdır”.

Qubad İbadoğlu qənaət üçün dəhlizlərdə, eyvanlarda səsəhəsas olan işıqlandırma vasitələrindən istifadəyə üstünlük verməsini təklif edir. O, enerji yığan akumulyatorlu mobil telefonları və digər elektrik cihazlarını doldurarkən onları uzun müddətştepseldən asılı vəziyyətdə buraxmamağı, şəbəkədən ayrılma zamanı isə kabeli bibaşa ştepseldən çıxarmağı məsləhət görür:

“ Mobil telefonlarınızı USB kabelləri vasitəsilə bilgisayarlardan doldurmağaüstünlük verin.Eenerji mənbəsinə qoşulan bilgisayda işləyərkən onu müəyyən müddətdən sonra ştepseldən ayırın”.

İqtisadçı alim deyir ki, məişətdə işlədilən enerji avadanlıqların iş rejimlərini yaxşılaşdirmaq məqsədilə enerjiyə qənaət edən A+++, A++, A+, ECO + enerji sinfinə aid ediləncihazların alınmasına üstünlük vermək lazımdır.

Akif Chovdarov, vəzifədə olanda

Ruslan Çovdarov: “Atamın qorxunc obrazını yaradırlar”

“Yeni Müsavat” qəzeti hazırda həbsdə olan ləğv edilmiş MTN-in generalı Akif Çovdarovun oğlundan müsahibə silsiləsini bu sayında davam etdirib. Çovdarovun oğlu Ruslan Çovdarov ailənin bir neçə milyonluq əmlakı olması ilə bağlı istintaqın qənaətini əsassız sayır:

- Evin tək oğlusuz. Amma ailə üzvlərinizin adı bu yaxınlarda mətbuatda daha çox hallandı. Daha çox əmlak siyahısı yayımlananda. Məlum oldu ki, bazarın yarı hissəsi bacınızın adına idi. Başqa əmlaklar ananızın, sizin adınıza olub və sair. Bu qədər əmlakı atanız ailə üzvləri arasında bölüb?

- Xeyr. Tamamən yanlış informasiyadır. Öncə qafqazinfo.az saytında belə xəbər çıxdı ki, Akif Çovdarovun 26 milyonluq əmlakı var. Bir həftə üstündən keçəndən sonra ya lent.az, ya da APA-da belə xəbər yayıldı ki, Akif Çovdarovun 33 milyonluq əmlakı var. Mən dost-tanış arasında dedim ki, tələsməyin, gələn həftə 40, ondan sonrakı həftə 50, sonra 60 milyona qaldıracaqlar bunu... Artıra-artıra 100 milyona qədər çatdıracaqlar. Siz özünüz də bilirsiz ki, yazını maraqlı etmək, oxutmaq üçün belə şişirtmələrə yol verir həmkarlarınız. Qaldı ki, əmlaklara, atamla mən eyni evdə yaşayırıq. Bizim bir evimiz var, içində yaşadığımız. Bir də dövlət tərəfindən verilən yeni tikilidə bir mənzilimiz var. Bir də bağımız var. Olan əmlakımız budur. Mənim iki bacım var, hər biri ailəlidir, ayrı-ayrı ailələr sayılırlar. Yeznəmin biri uzun müddət Rusiyada işləmiş iş adamıdır. Bayaq da sual verirsiz ki, nəylə dolanırsız? Təbii ki, bu günə qədər görülən işlərlə, bizneslə. Yeznəm orda atamla birgə taxta-şalban biznesində olub. O biri yeznəm də Gürcüstanda tanınmış, imkanlı, ziyalı ailədəndir. Əmircanov nəslindəndir.

Akif Chovdarov məhkəməyə gətirilir

- Əsas sual da odur ki, general maaşı ilə onun əldə etdiklərini qazanmaq mümkün deyildi...

- Bəli, bunu tez-tez deyirlər. Sırf bizneslə məşğul olmasının nəticəsidir onun əldə etdikləri. Mən dəfələrlə demişəm və yenə də deyirəm ki, 1996-97-ci illərdə sərəncama götürülmüşdü. O zaman Daxili İşlər Nazirliyində narkobizneslə mübarizə baş idarəsinin rəis müavini idi. Müəyyən vaxt işsiz qaldı. Ailə saxlamaq asan məsələ deyil. Həmin vaxt atam özünə Rusiyada taxta-şalban biznesi qurdu. Yeznəm də onda Rusiyada yaşayırdı, bu işi onunla birgə qurdu. Məsələn, kimsə bina tikir. Siz də məndən xahiş edirsiz ki, bəlkə tanış bina tikənin var? Mənim də o insanla tanışlığım varsa, sizi o adamın yanına göndərirəm, siz də gedib o evi alırsınız. Bu gün də mənim başıma iş gəlir, həbs edilirəm, çətinliyə düşürəm. O dost dediyim adam gəlib istintaqa ifadə verir ki, Akif Çovdarov o evi mənim əlimdən alıb. Amma siz özünüz də bilirsiniz ki, o adamların əlində məbləğin tam ödənilməsi barədə qəbzlər var. Əmlakın şişirdilməsi də budur. Həmin ittiham aktının içində olan bütün evlər atamın adına yazılıb. Filan yerdə mənzil, Yasamalda 250 kvadratmetr sahəsi olan 6 mənzil və sair və ilaxır. Bunların hamısı kimlərinsə evidir. Ya da dələduzlardan zərər çəkənlərin, zərər çəkdikləri üçün bu evi qaytaranların evləridir. Hansısa dələduz bir evi iki nəfərə satıb, sonra o adamlar həmin evi qaytarıblar. Bu gün isə həmin işləri Akif Çovdarovun adına yazırlar.

- Əgər dediyiniz kimidirsə, bu evləri, mülkləri sizin atanızın adına yazmaqda, bu cür hallandırmaqda məqsəd nədir ki? Başqa maddə üzrə aça bilməzdilər cinayət işini?

- Məqsəd Akif Çovdarovu cəmiyyətə pis, korrupsioner insan kimi təqdim etməkdir. İctimaiyyət də bunu gözəl anlayır. Bir həftə yazırlar 26 milyonluq əmlakı var, o biri həftə deyirlər, 33 milyonluqdur... Bu, nə dərəcədə inandırıcıdır?”