Martın 12-də Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərib. Bu barədə Azərtac məlumat yayıb.
Məlumatda qeyd olunur ki, ümumi məbləği 5,5 milyon avrodan artıq olan 380 tonluq humanitar yardımın Polşanın Rjeşov hava limanına çatdırılması üçün ilk təyyarə saat 09:00-da Heydər Əliyev adına Beynəlxalq Hava Limanından yola düşüb. Yardımın daşınması məqsədilə gün ərzində növbəti uçuşların həyata keçirilməsi nəzərdə tutulub.
O da qeyd olunur ki, Ukraynadakı vəziyyətlə əlaqədar ölkə rəhbərliyinin tapşırığı ilə Azərbaycan tərəfindən Ukraynaya dərman vasitələri, tibbi sərf, cihaz və avadanlıqlardan ibarət 6 milyon avro məbləğində ilk humanitar yardım böhranın ilk günlərində - fevralın 27-də göndərilib.
2022-ci il fevralın 24-də Rusiya Ukrayna ərazisinə silahlı basqına başlayıb və bu işğal hələ də davam edir.