Mariupoldakı “Azovstal” polad zavodunda məskunlaşan sonuncu ukraynalı döyüşçülər Rusiya işğalçıları ilə sağ qalana qədər döyüşəcəklərini deyiblər.
Bu fikirləri Azov alayının komandir müavini Svyatoslav Palamar mayın 8-də keçirdikləri onlayn mətbuat konfransında deyib:
“Rusiya işğalçılarını dəf etmək üçün sağ olduğumuz müddətdə mübarizəmizi davam etdirəcəyik”.
Beynəlxalq ictimaiyyətə müraciət edərək yaralı əsgərlərin zavoddan təxliyə olunmasına yardim etmələrini xahiş edərək "bizim çox vaxtımız yoxdur, intensiv atəşə məruz qalırıq" deyə bildirib.
Hər iki tərəfin rəsmiləri bir gün əvvəl "Azovstal"dan mülki şəxslərin təxliyyəsinin başa çatdığını bildiriblər.
Buna da bax: 90 nəfərin zirzəmisinə sığındığı məktəbə hava zərbəsi endirilibGenişlənən yeraltı tunellər və bunkerlər şəbəkəsində təqribən 2000 ukraynalı müdafiəçisi olan Azovstal münaqişədə simvolik dəyər qazanıb.
Rusiya qüvvələrinin Mariupol şəhərinin bu hissəsinin dəfələrlə ələ keçirmək cəhdləri uğursuz olub. Bir müddət əvvəl Rusiya prezidenti Putin müdafiə nazirinə Azovstala hücum əməliyyatlarının dayandırlması göstərişini verib.
Amma Ukrayna tərəfinin məlimatına görə, bundan sonra da Rusiya zavod ərazisini müxtəlif növ silahlardan daha da intensiz atəşə tutmaqda davam edib. Bildirilir ki, bununla Rusiya 9 may Qələbə Gününə Mariupolu tam nəzarətə almaq və bunu uğur kimi təqdim etmək istəyir.
Buna da bax: Sibirdə baş verən yanğınlar nəticəsində ən azı 800 evin yandığı bildirilir