Oktyabrın 2-də axşam saatlarında yağan güclü yağış Xırdalan şəhərindəki Heydər Əliyev prospektini gölə çevirib. Eləcə də Qaradağ rayonun Lökbatan qəsəbəsinin bəzi küçələri yağış sularının əsiri olub. Bu cür hallar son illər Bakıya yad deyil. Hər dəfə yağan yağış paytaxtı ağuşuna alır.
Sizin brauzer HTML5-i dəstəkləmir
Hökumət bu problemi həll etməyi qarşısına məqsəd qoyduğunu bəyan edib. Bakıda kanalizasiya və yağış sularının idarə edilməsi üçün 2017-ci ilin dövlət büdcəsindən "Azərsu" ASC-yə 14,7 milyon manat vəsait ayırılıb.
Abşeron yarmadasının müxətlif ərazilərində 13 layihənin həyata keçirilməsi nəzərdə tutulub. Layihələr üzrə tikinti işlərinin quraşdırıldığı bildirilir.
Amma bu tədbirlər Bakı və ətraf əraziləri sel sularından xilas edə bilmir.