►Qəsəbə sakini: “Gözümün önündə üç ağac kəsildi. Niyə kəsirlər, səbəbini demirlər”.
“Bu dəqiqələrdə Mahir Əmirov küçəsində ağacları kəsirlər. Məqsədləri nədir, heç kəsə izahat vermirlər. Hərə əlinə bir dəzgah alıb, ağac kəsir”.
Bakıxanov qəsəbəsinin sakinləri AzadlıqRadiosuna bildiriblər ki, martın 14-də səhər saatlarından qəsəbədəki 3 saylı poçtun 35 saylı şöbəsinin ətrafındakı ağacların kəsiminə başlanıb. Kəsim davam edir.
Sakin Cəlal Həsənov deyir, küçəyə ağackəsən dəzgahların səsinə çıxıb:
“Gözümün önündə üç ağac kəsildi. Yaxınlaşıb soruşuruq ki, “niyə kəsirsiz? Kimin göstərişidir?” Deyirlər, “biz fəhləyik, deyiblər, “gedin, kəsin”, gəlmişik, tapşırığı yerinə yetiririk””.
“HƏRƏSİ ÖZ DƏSTƏSİLƏ PEYDA OLUR”
Deməsinə görə, onlarda kiminsə həmin ərazidə obyekt tikməyi planlaşdırması barədə məlumat var:
“Adamların gözünü o qədər qorxudublar ki, heç kəs çıxıb etiraz edə bilmir. O dəqiqə polisi o tərəfdən, icra nümayəndəsi bu tərəfdən, hərəsi öz dəstəsi ilə peyda olur. Adamlar başlarını salamat saxlamaq üçün susmağa üstünlük verirlər”.
Ancaq küçənin başqa sakini Əliheydər Sərkərli deyir, susmayacaq:
“Susduqca adamların evlərini söküb yerində gül əkirlər. Sussaq, bir gün növbə bizə də çatacaq. Ona görə də Sabunçu rayon İcra Hakimiyyətindən tələb edirəm ki, özbaşınalığa son qoysun”.
“BUDAMA MÖVSÜMÜDÜR”
Sabunçu rayon icra hakimiyyəti sakinlərlə razılaşmır:
Hazırda küçələrdəki, parklardakı ağacların budama mövsümüdür. Adamlarsa elə bilirlər ağaclar kəsilir. Düzdür, kəsilənlər də var, ancaq bunlar qurumuş, siyahıdan silinmiş ağaclardır”.
Sakinlərsə bildirirlər ki, kəsilənlər 30-40 ilin sağlam ağaclarıdır.
Buna da bax: Xədicə İsmayılın tərcümə etdiyi kitabın təqdimatı keçirildi
Sizin brauzer HTML5-i dəstəkləmir
____________________________________________________________
Bunlara da bax:
____________________________________________________________