Əfqanıstanda yeni hökumətə Bəradər başçılıq edəcək

Molla Əbdül Qani Bəradər (solda) və Çinin Xarici işlər naziri Vanq Yi, arxiv fotosu

Yeni administrasiyasının beynəlxalq donorlar və investorlar qarşısında legitimlik qazanması iqtisadiyyat üçün vacib amildir

“Əsas liderlərin hamısı Kabilə gəlib, yeni hökumətin elan olunması üçün hazırlıqlar son mərhələdədir”, – anonimlik şərtilə danışan Taliban üzvü deyib.

Başqa bir mənbənin “Reuters”ə deməsinə görə, Taliban lideri Heybətulla Axundzadə dini məsələlərə və İslam çərçivəsində idarəçiliyə baxacaq.

1994-cü ildə Taliban quranlardan olan Bəradər Pakistanda səkkiz il həbsdə yatıb. Onun 2010-cu ildə Karaçidə ABŞ və Pakistan kəşfiyyat agentləri tərəfindən saxlandığı bildirilirdi. Sonradan Birləşmiş Ştatların xahişilə azad olundu.

O, 2020-ci ilin fevralında Dohada Birləşmiş Ştatlarla sazişə imza atan şəxsdir. Saziş Əfqanıstanda 20 illik müharibəni bitirməyi hədəfləyirdi. Növbəti ay isə ABŞ-ın keçmiş prezidenti Donald Tramp ilə telefon söhbəti olub.

***

Talibanın həmtəsisçisi və siyasi rəhbəri Molla Əbdül Qani Bəradər Əfqanıstanın yeni hökumətinə başçılıq edəcək. O, sərt-xətt tərəfdarı islamçı qrupda nisbətən mötədil sayılır.

“Reuters” xəbəri bir neçə mənbəyə istinadla yayıb.

Talibanın mərhum təsisçisi və dini lideri Molla Məhəmməd Ömərin oğlu Molla Məhəmməd Yaqubun və Talibanın Dohadakı siyasi ofisinin üzvü Şer Məhəmməd Abbas Stanekzayın hökumətdə aparıcı vəzifələr tutacaqları bildirilir.

Buna da bax: Talibana necə təzyiq göstərəcəklər

Silahlı qruplaşmadan hakim gücə çevrilmək

Qruplaşmanın sözçüsü “AFP”yə deyib ki, yeni administrasiyasının elan olunması sentyabrın 4-dən tez baş verməyəcək.

İslamçılar iki həftədən çoxdur ölkənin əksər hissəsini ələ keçiriblər. Birləşmiş Ştatlar isə bir neçə gün öncə hərbçilərini tamam çıxarmaqla bu ölkədə 20 illik iştirakına son qoyub. İndi islamçıların qarşısında qruplaşmadan hakim qüvvəyə çevrilmək məsələsi dayanır.

Buna da bax: Pəncşir vilayətində döyüşlər davam edir

Dünyanın bir sıra aparıcı ölkələri administrasiyasının 1996-2001-ci illərdəki qəddar rejimdən fərqli olacağına dair vədlərinə necə əməl edəcəyini gözləyirlər.

Yeni administrasiyasının beynəlxalq donorlar və investorlar qarşısında legitimlik qazanması iqtisadiyyat üçün vacib amildir. Ölkə quraqlıq və münaqişənin dağıntıları ilə mübarizə aparır. Münaqişədə 240 min əfqanın həlak olduğu bildirilir.