100 milyon manat dəyərindən artıq əmlak üzərinə həbs qoyulub.
Bu rəqəm Baş Prokurorluqda 2021-ci ildə prokurorluq orqanlarının gördüyü işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunan əməliyyat müşavirəsində səslənib.
Müşavirə yanvarın 8-də keçirilib, bununla bağlı qurumun mətbuat xidməti yanvarın 10-da məlumat yayıb.
Tədbirdə vurğulanıb ki, hesabat dövründə korrupsiya hüquqpozmasına yol verən 492 şəxs barəsində 301 cinayət işinin istintaqı tamamlanaraq məhkəmələrə göndərilib: "39 milyon 224 min manat ziyanın ödənilməsi təmin edilib. 101 milyon 373 min manat dəyərində əmlak üzərinə həbs qoyulub, eləcə də cinayət məsuliyyətindən azad olunmuş şəxslər tərəfindən mövcud qanunvericiliyin tələbinə uyğun olaraq dövlət büdcəsinə əlavə 2 milyon 195 min manat pul vəsaitinin ödənilməsi təmin olunub".
Açıqlamada ittiham edilən və əmlakları müsadirə edilən şəxslərin adları açıqlanmayıb.