"Putin qarşısına biabırçı məqsəd qoyub" - Co Bayden Putinin Ukraynanın "denazifikasiyası" ideyası barədə fikirlərinə belə münasibət bildirb. Polşada səfərdə olan ABŞ prezidenti Ukraynadakı vəziyyətlə bağlı çıxışında deyib ki, Putin – “bu adam” hakimiyyətdə qala bilməz.
“Bu, azadlıq və repressiya, qaydalara və qanunlara əsaslanan dünya nizamı ilə kobud güc arasında mübarizədir. Biz özümüzü uzun mübarizəyə hazırlamalıyıq, bir günə, bir aya qalib gələ bilməyəcəyik. İndi Ukrayna demokratiya və azadlıq uğrunda mübarizədə ön sıralardadır”
Co Bayden Putinin qarşısına biabırçı məqsəd qoyduğunu deyib.
O, Ukraynanı "denazifikasiyası"etmək istədiyini söyləyib. O, qanuni yolla seçilmiş prezident, yəhudi olan, babası nasist Almaniyasına qarşı vuruşan Zelenskinin nasizmindən danışır. Putin də bütün avtokratlar kimi hesab edir ki, kim daha güclüdürsə, o haqlıdır. Amma Abraham Linkoln deyirdi ki, güc həqiqətdədir. Ona görə də gəlin bunu sübut edək”.
ABŞ prezidenti qeyd edib ki, "vəziyyəti sabitləşdirmək üçün Kremlə real təkliflər irəli sürdük, lakin Kreml onların hamısını rədd etdi. Biz hücum edəcəkləri ilə bağlı hamıya xəbərdarlıq etdik, lakin onlar dedilər: “Xeyr, bu, sadəcə bir təlimdir, biz hücuma keçmək fikrində deyilik”.