ABŞ prezidenti Co Bayden Baltik dənizində “Şimal axını 1” və “Şimal axını 2” qaz kəmərlərinə dəyən ziyanı qəsdən törədilmiş təxribat adlandırıb.
Hələki konkret səbəblərin bəlli olmadığını deyən ABŞ prezidenti baş verən hadisə barədə Rusiya preidenti Vladimir Putini "yalan və dezinformasiya" yaymaqda günahlandırıb.
Bayden deyib ki, ABŞ müttəfiqləri ilə birgə qaz kəməri ilə bağlı konkret nə baş verdiyini araşdırmağa çalışır və həmçinin artıq müttəfiqləri üçün mühüm vacib olan infrastrukturların qarunmasına yardım etməyə başlayıblar.
Amma o məsələnin detallarını açıqlamayıb.
Buna da bax: 'Şimal axını' kəmərlərində dördüncü sızma aşkarlanıbRusiya prezidenti Kremldə Ukrayna ərazilərinin ilhaqı ilə bağlı çıxışı zamanı heç bir sübut gətirmədən “anqlosaksonları” qaz kəmərlərində təxribat törətməkdə ittiham edib.
Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev isə cümə günü etiraf edib ki, qaz kəmərində təxribatda Qərb ölkələrinin xüsusi xidmət orqanlarının mümkün iştirakı ilə bağlı Moskvada "heç bir məlumat yoxdur".
"Amma bizdə məlumat var ki, onlar bunu əvvəllər edirdilər", - Patruşev konkret nədən danışdığını açıqlamayıb.
Rusiya hakimiyyəti ABŞ-ı və Böyük Britaniyanı "anqlo-sakson" nümayəndələri adlandırır.
Hər iki “Şimal axını” qaz kəmərində böyük sızmalar sentyabrın 26-da baş verib. Həm Rusiya, həm də Avropa İttifaqı ölkələri hadisəni təxribat adlandırırlar.
Buna da bax: Şimal Axını kəmərlərinin təmiri 'mümkün olmaya bilər'Seysmoloqlar Baltik dənizinin dibində təxminən sızmaların baş verdiyi yerlərdə bir neçə partlayış qeydə alıblar ki, bu da kəmərin partladılması ehtimalını yaradır.
BMT Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı "Qazprom"un sözçüsü Sergey Kupriyanov boru kəmərlərində təxminən 800 milyon kubmetr qaz olduğunu deyib. Onun sözlərinə görə, “Şimal axını”nın fəaliyyətinin bərpası “çətin texniki məsələdir”.
Bundan əvvəl Almaniyanın “Tagesspiegel” qəzeti də mənbələrə istinadən yazıb ki, qaz kəmərlərinin təmiri mümkün olmaya bilər.
“Şimal axını-1” vasitəsilə qaz nəqli Rusiya texniki səbəbləri əsas gətirərək dayandırıb, “Şimal axını-2” isə istismara verilməyib. İddia edilən təxribat Ukraynadakı müharibə və Moskva ilə Qərb ölkələri arasında münasibətlərin kəskin pisləşməsi fonunda baş verib.
“Qazprom” Ukrayna, eləcə də Qara dənizin dibi ilə boru kəməri vasitəsilə Avropa İttifaqı ölkələrinə məhdud miqdarda qaz tədarükünü davam etdirir. Bu isə müharibədən əvvəlki qa həcmindən xeyli aşağıdır.
Buna da bax: Putin nüvə silahına əl atsa