Rusiya Ukraynaya yeni zərbələr endirir, Zelenski G7-yə müraciət edir

Kiyev, 10 oktyabr, 2022-ci il

Oktyabrın 10-da və 11-də Rusiyanın Ukraynaya endirdiyi ağır raket zərbələri nəticəsində azı 19 nəfər ölüb

Ukrayna prezidenti Volodimir Zelenski oktyabrın 11-də Böyük yeddilərin G7 qrupunun sammitinə videobağlantı ilə müraciət edib.

O G7 liderlərini Rusiyanın enerji ixracatına “sərt qiymət həddi” qoymağa çağırıb.

Oktyabrın 10-da və 11-də Rusiyanın Ukraynaya endirdiyi ağır raket zərbələri nəticəsində azı 19 nəfər ölüb.

Buna da bax: Zorla Rusiyaya aparılmış uşaqlardan 37-si Ukraynaya qaytarılıb

Zelenski bildirib ki, Rusiya tamamilə təcrid edilməli və cəzalandırılmalıdır:

"Belə addımlar sülhü yaxınlaşdırır. Bunlar terrorçu dövləti sülh haqqında, müharibənin sərfəli olmaması barədə düşünməyə vadar edir”.

G7 liderləri oktyabrın 11-də qəbul etdikləri bəyanatda Rusiyanın son raket hücumlarını pisləyiblər və Moskvadan buna görə məsuliyyət tələb edəcəklərini bildiriblər.

“İrandan daha 2400 dron”

Öz çıxışında Zelenski habelə ölkəsinin raket və hava hücumundan müdafiəsi üçün silahlar istəyib.

O bildirib ki, Ukraynaya hava hücumundan müdafiə sistemləri verilərsə, “Rusiya terrorunun əsas elementi – raket zərbələri işləməyəcək”.

Zelenski indiyədək Ukraynaya onun hava məkanının müdafiəsi üçün silah sistemləri verən ölkələrə - xüsusilə də ABŞ və Almaniyaya təşəkkürünü bildirib, amma əlavə edib ki, Ukrayna kəşfiyyatının məlumatına görə Rusiya İrandan daha 2400 dron sifariş edib.

Buna da bax: Moldovada rusiyayönlü qüvvələr fəallaşır

O əlavə olaraq G7 ölkələrini onun Ukrayna-Belarus sərhədində beynəlxalq müşahidəçilər yerləşdirmək təşəbbüsünə dəstək verməyə çağırıb.

Zelenski habelə deyib ki, G7 Rusiya prezidenti Vladimir Putinlə heç bir dialoqun mümkün olmadığı faktını qəbul etməlidir.

O deyib ki, danışıqlar ya başqa bir Rusiya lideri və ya “danışıqçıların fərqli konfiqurasiyası” ilə aparıla bilər.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov oktyabrın 11-də deyib ki, Rusiya Qərblə Ukraynaya dair danışıqlara hazırdır, amma Moksva hələki danışıqlar üçün heç bir ciddi təklif almayıb.

Buna da bax: Ukrayna ərazilərinin ilhaqını tanımayan qətnamə qəbul edildi

Yeni raket zərbələri

Oktyabrın 11-də Rusiya Ukraynaya yeni raket zərbələri endirib. Bir gün öncə müxtəlif şəhərlərin bombalanması nəticəsində azı 19 nəfər həlak olmuşdu.

Ukrayna mediası bu gün səhər ölkəyə 20 raket atıldığını yazır. Kremlə yaxın rusiyalı hərbi blogerlər də Ukraynanın yenidən raket atəşinə tutulduğunu təsdiqləyib.

Sizin brauzer HTML5-i dəstəkləmir

Rusiya Ukraynanın paytaxtı Kiyev, Lvov, Ternopol və Dnepr şəhərlərini raketlərlə vurur

Cənubi Zaporojye vilayətinə 12 raket atılıb. Paytaxt Kiyev yaxınlığında, qərbi Xmelnitsi şəhərində də partlayışlar qeydə alınıb.

Kiyevdə həyəcan siqnalları yenidən səslənib, adamlar təhlükəsizlik sığınacaqlarına axışıblar.

Dnepropetrovsk, Vinnitsya, Mikolayev və Rivnedə də partlayışlar baş verib. Kiyevdən cənub-qərbdə yerləşən Vinnitsyada su istilik stansiyasının hücum dronları ilə vurulduğu, amma itki olmadığı bildirilir.

“Lvovda partlayışlar var. Elektrik təchizatında problemlər yaranıb”, – mer Andrey Sadovı oktyabrın 11-də bildirib.

Buna da bax: Ərdoğanla Putin sabah görüşəcək

+++

Bayden Ukraynaya ‘müasir havadan müdafiə sistemləri’ vəd edir

ABŞ Prezidenti Co Bayden Kiyevə dəstəyin davam edəcəyini deyib. Dünən – oktyabrın 10-da Ukraynaya Rusiya qüvvələrinin raket zərbələrində ölən və yaralananlar olub. Bayden Rusiyanın “hərbi cinayətlər və vəhşiliklər” üçün cavab verəcəyini söyləyib.

Ukrayna Prezidenti Volodimir Zelenskiyə telefon zəngində Bayden Rusiyanın raket zərbələrini pisləyib, qurbanların ailələrinə başsağlığı verib.

Sizin brauzer HTML5-i dəstəkləmir

Ermənistan-Azərbaycan sərhədinə yerləşdiriləcək müşahidəçilərdən Gürcüstanda da var. Effektivdirmi?

“Prezident Bayden Ukraynaya özünümüdafiə üçün gərəkən dəstəyi, o cümlədən müasir havadan müdafiə sistemləri göndərməyi vəd edib”, – Ağ evin oktyabrın 10-da yaydığı bəyanatda deyilir

Bayden daha öncəki bəyanatında deyib ki, zərbələr Rusiya Prezidenti Vladimir Putinin başlatdığı müharibənin “tam qəddarlığı”nı göstərir.

Buna da bax: Azərbaycanda yeni açılan iş yerlərinin 80 faizindən çoxu Bakıda

İtkilər

Ukrayna infrastrukturuna, şəhərlərdə yaşayış məskənlərinə, o cümlədən paytaxt Kiyevə zərbələr nəticəsində azı 19 nəfər həlak olub, 105 nəfər xəsarət alıb.

Kiyev Rusiyanın atdığı 83 raketdən 43-nün vurulduğunu bildirib.

Baydenlə telefon söhbətində Zelenski qeyd edib ki, Ukrayna üçün havadan müdafiə “müdafiə əməkdaşlığımızda 1 nömrəli prioritetdir”.

Bu gün – oktyabrın 11-də isə Böyük Yeddilik (G7) liderləri Zelenski ilə video formatda görüşəcəklər.

Buna da bax: İranda etirazları dəstəkləyən tanınmışları ölkədən buraxmırlar

Qətnamə sabah səsə qoyulacaq

Rusiyanın raket zərbələrindən bir neçə saat sonra BMT Baş Assambleyasının fövqəladə iclasında Ukraynanın səfiri Rusiyanı “terrorçu dövlət” adlandırıb.

“Rusiya bir daha sübut elədi ki, terrorçu dövlətdir, ən güclü yollarla qarşısı alınmalıdır”, – səfir Sergey Kislitsa deyib.

Buna da bax: Aİ Kosovoya vizasız giriş verərsə...

BMT-nin iclası Rusiyanın Ukraynanın dörd vilayətini ilhaq etməsini pisləyən qətnamə layihəsinin müzakirəsi üçün çağrılmışdı. Ancaq dünənki raket zərbələri iclasın gündəmini zəbt edib.

Qurumun Baş katibi Antonio Quterreş Rusiyanın zərbələrlə “müharibəni qəbuledilməz şəkildə eskalasiya etdiyini” bildirib.

Baş Assambleya qərar verib ki, Rusiyanın Ukrayna ərazisində keçirdiyi “qanunsuz referendumları”, həmçinin dörd vilayətin “qanunsuz ilhaq cəhdini” pisləyən qətnamə layihəsi üzrə gizli deyil, açıq səsvermə keçirilsin.

Səsvermənin sabah – oktyabrın 12-də keçiriləcəyi gözlənir.

Sizin brauzer HTML5-i dəstəkləmir

Lukaşenka: 'Nüvə zərbəsi də daxil bizə qarşı yeni variantlar nəzərdən keçirilir'

Putinin ittihamı

Rusiya Prezidenti Vladimir Putin isə Təhlükəsizlik Şurası üzvlərilə video görüşündə raket zərbələrini Kiyevin “terrorçu” hərəkətlərinə cavab adlandırıb.

Oktyabrın 8-də Rusiyanın 2014-cü ildə qanunsuz ilhaq etdiyi Krımda 19 km-lik körpü partladılıb.

Putin Rusiyanın əlavə zərbələr endirəcəyini deyib.

Son bir neçə həftədə Ukrayna qüvvələri ölkənin cənubunda və şərqində Rusiyanın tutduğu əraziləri geri alır və Putinlə hər hansı danışıqları istisna edir.